Abdulla H.

 

Turizmin inkişafı 1 milyondan artıq yeni iş yeri deməkdir

 

“Şabran şirkəti” MMC-nin prezidenti Amil Cəfərov bu sahənin inkişafı ilə bağlı təkliflərini Mədəniyyət və Turizm Nazirliyinə təqdim edib
İş adamı “Böyük Şabran”, “Novxanı”, “Xəmsə bağı” turizm şəhərlərinin salınması ideyasını irəli sürür

Azərbaycanın dünyaya inteqrasiyası sürətləndikcə ölkəmizə maraq da artır. Ölkəmizə gələn turistlərin sayı da ildən-ilə nəzərəçarpacaq dərəcədə çoxalır. Bu baxımdan turizmin inkişaf etdirilməsi perspektivdə duran əsas məsələlərdən biri sayılır. Azərbaycanda turizmin perspektivlərinin böyük olması bu sektorda çalışan sahibkarları da fəallaşdırıb. Onlar yeni ideya layihələrlə çıxış etməyə başlayıblar.
Məsələn, “Şabran şirkətiMMC-nin prezidenti Amil Cəfərov özündə turizmin inkişafını əks etdirən bir sıra təkliflərlə çıxış edib. A.Cəfərov regionlarda paytaxtda bir neçə turizm mərkəzinin yaradılması ilə bağlı təkliflərini Mədəniyyət Turizm Nazirliyinə təqdim edib. O, irəli sürdüyü ideyaları ictimailəşdirmək üçün fikirlərini qəzetimizlə bölüşdü: “Turistləri cəlb etmək üçün dünya ölkələrində ən müxtəlif, qeyri-adi layihələr həyata keçirilib. Məsələn, rus turistlərini cəlb etmək məqsədilə Türkiyənin Antalya şəhərində Moskvanın Kreml kompleksi (Spasski qülləsi, Qızıl meydan, Kazan soboru s.) yaradılıb.
Turkiyə bu ilin birinci rübündə turizmdən 5 milyard dollar xeyir götürüb. Halbuki birinci rüb əslində turizm mövsümü deyil. Bu baxımdan Türkiyə turizmdən ildə 20 milyard dollardan çox pul qazanacaq. Fransa, İspaniya, Kipr turizmdən xeyli gəlir əldə edən ölkələrdir. Əhalisi 62 milyon nəfər olan Fransa ildə 75 milyon turist qəbul edir, bu ölkənin əhalisinin 71 faizi xidmət sahəsində çalışır. İspaniyanın 43 milyon nəfərə yaxın əhalisi var, ölkəyə il ərzində 50 milyon turist gəlir, əhalinin 62 faizi xidmət sahəsində çalışır. Əhalisi cəmi 825 min nəfər olan Kipr ildə 2,5 milyon turist qəbul edir turizmdən ildə 3 milyard dollar gəlir götürür”.
A.Cəfərovun fikrincə, turistləri bu ölkəyə cəlb edən gözəl çimərliklər, rahat otellər, ölkənin tarixi, mədəniyyəti ilə bağlı abidələr yeni yaradılan qeyri-adi obyektlərdir. İş adamının sözlərinə görə, iqtisadiyyatı sürətlə inkişaf edən Birləşmiş Ərəb Əmirliklərində ən çox sərmayə məhz turizmə qoyulur: “Dənizin içində yeni istifadəyə verilən
palma görüntülü istirahət kompleksi qeyri-adidir. Hazırda dünyanın ən hündür göydələni - 700 metrlik bina da burada inşa edilir”.
Sahibkarın sözlərinə görə, Azərbaycanın gözəl təbiəti, zəngin tarixi turistləri cəlb etmək üçün olduqca əlverişlidir. A.Cəfərov iqtisadiyyatın möhkəm təməllər üzərində gələcək inkişafını təmin edəcək sahə kimi turizmin inkişafına ölkəyə turist axınını ildə 20 milyon nəfərə çatdırılmasına hesablanan təkliflərini açıqladı. Onun fikrincə, Xaçmazla Dəvəçi şəhərləri arasında, qumlu dəniz sahilində qədim Şabran şəhərinin ərazisini əhatə etməklə müasir dünya standartlarına uyğun turizm şəhəri yaradılması əlverişli olardı: “Gələcəkdə əhalisi 200 min nəfərə çatacaqBöyük Şabranturizm şəhərinin qarşı tərəfdəki 50 km-dən uzun qumlu dəniz sahilinin, arxa tərəfdəki yaşıl meşəli soyuq bulaqlarla zəngin dağların turistlər üçün cəlbedici olacağına əminəm. Xəzərin qumlu sahilində yerli xarici adamları tərəfindən müasir otellər, sanatoriyalar, istirahət əyləncə mərkəzləri s. tikilib istifadəyə verilə bilər. Turizm şəhəri kimi nəzərdə tutulanBöyük Şabran”ın ərazisindən mənbəyi dağlar, mənsəbi Xəzər olan 7 çay keçir. Bu çaylar qışda bolsulu olur, yayda isə bəzən quruyur. Təbiətin bu şıltaqlığının qarşısını almaq məqsədilə çayların qarşısında bəndlər tikib göllər yaratmaq, həmin göllərin sahilində isə müasir kotteclər tikib buranı Qərb ölkələrinin ekzotikanı sevən, yaşlı nəslinə mənsub varlı adamları üçün istirahət zonasına çevirmək olar".
A.Cəfərovun fikrincə, ilk növbədəBöyük Şabranşəhərinin baş planı hazırlanmalı, kanalizasiya sistemi, çay, göl kanallar sistemi layihələndirilməli, elektrik enerjisi, qaz su ilə təchizat problemi əsaslı surətdə həll edilməlidir. Dəniz sahilində əvvəlcə çimərlik, sonra park zolağı, bundan sonra isə istirahət obyektləri tikilməlidir. İdeya müəllifi onu da qeyd edir ki, “Böyük Şabranturizm şəhərinin salınması Qalaaltı kurortunun da inkişafına təkan verərdi.
A.Cəfərovun ikinci təklifi özündə Xəzərin Novxanı sahilində əhalisi 50 min nəfərə qədər olan eyniadlı turizm şəhərinin yaradılmasını əks etdirir. Onun fikrincə, Novxanı turizm şəhəri iləBöyük Şabranturizm şəhəri arasında nəqliyyat sistemini yaratmaq məqsədilə hər iki şəhərdə müasir limanların tikilməsi, dəniz yolu ilə sərnişin daşınmasının həyata keçirilməsi, eyni zamanda sürətli dəmir yolu nəqliyyatının təşkil edilməsi mümkündür: “Novxanı şəhərini yaratmaqda məqsəd turistləri Bakının yanından keçməklə su quru yollaBöyük Şabran"a çatdırmaqdır. Çəkilməsi nəzərdə tutulan dairəvi yolun Binəqədi hissəsi ilə Novxanı arasında
5 km məsafə var. Bakı ilə tanışlıq üçün xüsusi turist marşrutları təşkil etmək, bu yolla Bakını tıxaclardan nisbətən azad etmək olar".
Üçüncü təklif isə Bakının Neftçilər prospektində, Qız qalasının yaxınlığında müasir otelin tikilməsi turistlərin Milli Parka asma eyvandan çıxışını təmin etməkdir. A.Cəfərovun fikrincə, Lənkəranın gözəl təbiətini nəzərə alaraq orada da turistlər üçün yeni istirahət mərkəzləri təşkil etmək əyləncə obyektləri yaratmaq imkanı da genişdir: “Bunlardan əlavə, Gəncə şəhərində Nizami Gəncəvinin məqbərəsi yanında dünyada analoqu olmayanXəmsə bağı" salına bilər. Bilirsiniz ki, Nizami dahi şəxsiyyətdir biz onun azərbaycanlı olması ilə fəxr edirik. Bu üstünlüyümüzü nümayiş etdirməyə borcluyuq. Xəmsə bağı” 5 hissədən ibarət olmalı hər hissə özündə Nizaminin bir əsərinin məzmununu əks etdirən heykəllər saraylarla bəzədilməlidir. MənXəmsə bağı”nın yaradılması üçün beynəlxalq müsabiqə elan edilməsini məqsədəuyğun sayıram. Bağın yaxınlığında turistlər üçün dünyanın yeddi möcüzəsindən biri olanSemiramidanın asma bağlarışəklində eyniadlı otellər tikilə bilər. Bildiyiniz kimi, rəvayətə görə, asma bağlar indiki Gəncə ərazisindən Bizansa gəlin getmiş Midiya hökmdarının qızı Semiramidanın şərəfinə salınıb".
A.Cəfərov bu ideyalarının çoxdan mövcud olduğunu bildirir deyir ki, bu ilin iyulunda Bakıda səfərdə olan Türkmənistan nümayəndələri Türkmənbaşı limanının yaxınlığında 750 hektar sahədə turizm şəhəri salacaqlarını elan etdikdə bu ideyaların da açıqlanmaq vaxtının çatdığı qənaətinə gəlib: “Bilirəm bu, çox böyük miqdarda vəsait tələb edir, amma əminəm ki, sərf edilən hər manat yüz min manatlarla xeyir gətirə bilər. Hər şeydən əvvəl 1 milyondan artıq insan işlə təmin olunacaq. Bütün işlər dövlət nəzarətində həyata keçirilməlidir ki, salınan şəhərlər tikilən obyektlər Bakının bəzi məhəllələri kiminaxalstroy"a çevrilməsin".
A.Cəfərovun fikrincə, bu ideyaların reallaşması Bakıya əhalinin axınının qarşısını ala, ən başlıcası isə 2016-cı il Yay Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsinin reallaşmasında həlledici rol oynaya bilər.

Yeni Müsavat.- 2007.- 25 sentyabr.- S. 14.