Əfəndiyeva T.
Zaqatalada turizm inkişaf edir
Buraya xaricdən,
özəlliklə də MDB ölkələrindən
çoxlu qonaqlar gəlir
Azərbaycan milli
adət-ənənələrinə görə qonaq
başımızın tacı sayılır. Adətə
görə qonaqla yaxşı davranılmalıdır ki, ev
yiyəsindən narazı getməsin. Başqa
məmləkətlərdən gələn turistlər bizim bu
qonaqpərvərlik adətimizdən məmnun qalırlar. "Ayna"nın
suallarını cavablandıran Zaqatala şəhər
mədəniyyət və turizm şöbəsinin müdiri
Ramazan Səfərov söylədi ki, turistlər əsasən
bu bölgənin təbiətini və mətbəxini
sevirlər: "Zaqatala mətbəxinin məxsusi
yeməkləri başqa mahallarda hazırlanmır".
Ümumiyyətlə, Zaqatala turizmin inkişafı üçün əlverişli bölgələrdən biridir. Son iki ildə burada turizm inkişaf etməyə başlayıb. Zaqatalada turizmin inkişafı üçün hər cür şərait var. "Turistlər bu diyarın təbiətinə vurğundurlar", - deyə müsahibim söylədi.
Zaqatala şəhərində turistlərin xoş istirahət etməsi üçün mehmanxanalar, istirahət parkları, meydanlar, mədəniyyət müəssisələri var. Bclə ki, burada 8 turizm obyekti fəaliyyətdədir. Sözügedən obyektlər 228 yerlikdir. Ramazan Səfərov dedi ki, bu ilin sonuna qədər turistlərin rahatlığı üçün "Qafqaz" adlı mehmanxana inşa ediləcək. Eyni zamanda dağlar qoynunda yerləşən Qəbizdərədə yeni bir mehmanxananın tikilməsi də nəzərdə tııtulur. Sözügedən mchmanxanalarda xidmət növləri yüksək səviyyədə olacaq. Adlarını sadaladığımız mehmanxanalarda turistlər asudə vaxtlarını voleybol, futbol oynayaraq, balıq tutaraq keçirə bilərlər. Zaqatala şəhərinə başqa ölkələrdən, xüsusən MDB ölkələrdən qonaq turistlər gəlirlər.
Bəlli olduğu kimi, turizmin inkişafında əsas yeri yollar tutur. Müsahibim deyir
ki, əgər yollar abadlaşarsa, turizm daha yaxşı
inkişaf edər.
Yeri gəlmişkən,
son iki ildə yollarda bərpa işləri aparılır:
"Demək olar ki, rayonun bütün
küçələri asfaltlanır.
Həmçinin rayonun
kəndlərinə də
asfalt yollar salınır: "İlin
sonuna qədər bu abadlıq işləri başa çatacaq. Heydər Əliyev adına
istirahət parkı yenidən qurulacaq, yeni fəvvarələr, istirahət guşələri
tikiləcək. Bu il yeni muzey
və diaqnostika mərkəzi açılacaq.
Muzeydə Zaqatala şəhərinin
tarixi canlanacaq. Yeni çoxmərtəbəli binaların
inşası başa çatacaq".
Müsahibimin fıkrincə, neft sektorunun inkişafı dedikdə, turizmin inkişaf etdirilməsi ön planda yer almalıdır.
Ayna.- 2007.- 20 sentyabr.- S. 5.