Əhmədov Q.

 

Dəvəçinin turizm potensialı genişdir

 

Xəbər verildiyi kimi, bu il avqustun sonlarında Prezident İlham Əliyev "Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun yenidən qurulması" layihəsi çərçivəsində görülən işlərlə yerində tanış olmaq üçün Dəvəçiyə səfər etmişdir. Məlumat üçün bildirək ki, ümumi uzunluğu 208 kilometr olan avtomobil yolunun (layihələndirilən hissənin uzunluğu 198 kilometrdir) əsası 2000-ci ildə qoyulmuş Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edir. Yol Cənubi Asiya ölkələri, İran, Rusiya Qərbi Avropa dövlətləri arasında iqtisadi ticarət əlaqələrinin inkişaf etdirilməsi baxımından strateji əhəmiyyətə malikdir.
\Dövlətimizin başçısına yolun əsas texniki göstəriciləri barədə məlumat verilərkən bildirildi ki, bu layihənin təsir dairəsinə Abşeron iqtisadi rayonunun bir hissəsi olan Xızı beş rayonu özündə birləşdirən Quba-Xaçmaz iqtisadi rayonu daxildir. Ümumilikdə layihə Azərbaycan ərazisinin 10 faizini əhatə edir. Magistral yolun işçi layihəsi Belçikanın "EKO" məsləhətçi şirkəti tərəfindən hazırlanmışdır. Yolun 29-89 kilometrlik hissəsində yenidənqurma işlərinin maliyyələşdirilməsi üçün Azərbaycan hökuməti ilə Avropa Yenidənqurma İnkişaf Bankı arasında 2005-ci ilin sentyabrında 100 milyon ABŞ dolları məbləğində kreditin ayrılması nəzərdə tutulan saziş bağlanmışdır.
İndi tikinti işləri yolun 89-111-ci 111-134-c
ü kilometrliyində aparılır. Hər iki sahə üzrə yolun ümumi uzunluğu 46,2 kilometrdir. Burada 8 hərəkət zolağı, 5 yol qovşağı yaradılacaq. Layihə üzrə bir kilometr yol 4,8 milyon dollara başa gələcək. Tikinti işlərinin 2008-ci ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Prezidentə, həmçinin məlumat verildi ki, Bakı-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yoluna alternativ olaraq dəniz sahili boyunca sərhədə qədər yeni avtomobil yolunun çəkilməsi üçün texniki imkanlar var. Abşeron rayonu ərazisindən başlayacaq alternativ yol magistral boyunca nəqliyyat vasitələrinin hərəkətini tənzimləyəcək, bölgədə turizmin inkişafı üçün əlavə imkanlar yaradacaq.
Səfər zamanı Prezident İlham Əliyev Dəvəçidə aparılan abadlıq-quruculuq işləri ilə maraqlanmışdır. Dəvəçi Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Taxtakörpü su anbarının tikintisində yerli işçi qüvvəsindən istifadə olunduğunu, rayonda yeni yerlərinin açıldığını bildirmiş Pirəbədil kəndində 12 hektar ərazidə yeni şəhərciyin salınmasının planlaşdırıldığını qeyd etmişdir. Bu şəhərcik Yazıçılar Birliyi, Bəstəkarlar Rəssamlar ittifaqları üçün nəzərdə tutulmuşdur. Şəhərciyin salınması rayonda 18 kilometr uzunluğunda yeni yolun çəkilməsi deməkdir. Bununla da 10 kəndin yol problemi həll olunacaq.
Dövlət başçısı rayonun turizm potensialını nəzərə alaraq burada genişmiqyaslı tədbirlərin həyata keçirilməsinin vacibliyini bildirmişdir: "Firmaları bu işə cəlb edin, amma baxın ki, keyfiyyətli tiksinlər. Bəzən turizm obyektləri bir az keyfiyyətsiz tikilir. Amma gərək bu obyektlərin həm xarici görünüşü, həm rəngləri, həm oradakı şərait müasir səviyyədə olsun. Çıraqqalada dünya səviyyəli bir kurort yaratmaq lazımdır. Çünki o suyun keyfiyyəti çox yüksəkdir. O, müalicəvi sudur".
Ölkə başçısının bölgəyə səfəri dəvəçililəri ürəkdən sevindirmiş onları hərəkətə gətirmişdir. Dəvəçi şəhərinin icra nümayəndəsi Yusif Musayev:
- Ölkə başçısı cənab İlham Əliyevin bölgələrə səfərləri bir qayda olaraq yerlərdə sosial-iqtisadi həyata canlanma gətirir. Prezident hansısa mühüm obyektin təməlini qoyur ya açılış mərasimində iştirak edir. Ətrafımızdakı qonşu rayonlar belə təntənəli mərasimlərə artıq alışıb. Biz həmişə onlara həsədlə baxırdıq. Nəhayət, şükürlər olsun ki, bizim Dəvəçi rayonu da hərəkətə gəldi. Ölkə başçısının rayonumuza səfəri istəklərimizə qol-qanad verdi. İndi rayonda geniş quruculuq-abadlıq işləri görüldü. Ümumi uzunluğu 7 km olan Heydər Əliyev prospekti M.Rəsulzadə küçəsinin əsaslı şəkildə yenidən qurulması artıq başa çatıb. Burada işıq dirəkləri, bardurlar təzələnib, asfalt döşənib, səkilərin kənarına meydançalara gül-çiçək əkilib, köhnə tikililər sökülüb, yeni obyekt ofislər tikilib. Hazırda şəhərin baş küçəsinin şimal cənub girəcəyində Dəvə Qala abidə kompleksləri tikilir. Şəhər ərazisində, demək olar ki, əsaslı ekoloji inqilab edilib. Küçələr illərlə yığılıb qalmış məişət tullantılarından təmizlənib, onların köhnə növrağı yenidən özlərinə qaytarılıb. Perespektivdə Dəvəçi şəhərini daha bir sıra yeniliklər gözləyir. Ağsaqqallar evi, Gənclər evi, Heydər Əliyev Muzeyi, 80 çarpayılıq tibb müəssisəsinin tikilməsi nəzərdə tutulmuşdur.
Dəvəçi şəhəri Bakı Quba-Xaçmaz turizm marşrutunun üzərində yerləşdiyi üçün onun çox uğurlu gələcəyi var. Yaxın bir-iki ilə nəzərdə tutulmuş nəhəng layihələr reallaşdıqdan sonra Dəvəçinin gəlib-gedəni, qonaq-qarası çox olacaq. Ölkə başçısının dediyi kimi, Dəvəçinin turizm potensialı genişdir. Onu üzə çıxarmaq üçün işləmək lazımdır.

Azərbaycan.- 2007.- 26 sentyabr.- S. 6.