Əliyev A.

 

Azərbaycanda turizm inkişaf edir

 

Respublikamızın gözəl təibəti var. Güngörməz meşələr, sərin buzlu bulaqlar, özündə tarixin keçməkeşlərini yaşadan qalalar, gözoxşayan şəlalələr ölkəmizdə turizmin inkişafına münbit şəraitin olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla həyata keçirildikcə bu sahəyə diqqət daha da artmışdır.

Əvvəlki illərə nisbətdə respublikamıza turist axını güclənmiş, təbiətimiz, tariximizlə maraqlananların sayı xeyli artmışdır. Qalın meşələrdə gəzənlərin, hündür dağ şəlalələrinə baxanların heyrətini seyr etdikcə necə qüdrətli və təbiəti gözəl bir ölkənin vətəndaşı olmağınla fəxr edirsən.

Əməkdaşımız Fərman Bağırov bu günlərdə respublikamızın gözəl bölgələrindən biri olan Yardımlıda olmuş turistlərin təbiət gözəlliklərinə heyranlıqlarını lentə köçürmüşdür.

 

Azərbaycan.- 2007.- 6 sentyabr.- S. 6.