Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqla Şurasının əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında

 

Azərbaycan Respublikasi Prezidentinin Sərəncamı

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının yaranmasının 40 illiyi münasibətilə, təhsil və mədəniyyət sahələrində xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Azərbaycan Respublikasının əməkdar müəllimi"

Bektaşi Məmməd Heydər oğlu

Əliyeva Gültac Bədəl qızı

Hüseynova Aygün Nadirşah qızı

Məramədov Nüsrəddin Zöhrab oğlu

Tağıyev Mirzalı Zeynalabdin oğlu

Tağıyeva Səkinə Şaban qızı  

"Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi"    

Əhmədova Gülxarə Manaf qızı

Hüseynov Rövşən Qurbanəli oğlu

Xudaverdiyev Rəşadət Cabbar oğlu

Mehbalıyev Nəsrəddin Firudin oğlu

 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2008-ci il

 

  Xalq qəzeti.- 2008.- 30 aprel.- S. 1.