Niftəliyev E.
Azərbaycanın Almaniyadakı səfirliyindən
bildirmişlər ki, aprelin 9-da Berlin Nümayəndələr Evində
(əyalət parlamenti)
Azərbaycan Xarici İşlər Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən ingilis
dilində nəşr
olunmuş “Azərbaycana
qarşı müharibə:
mədəni irsin hədəfə alınması”
kitabının təqdimat
mərasimi keçirilmişdir.
Azərbaycanın Almaniyadakı səfirliyi
və Almaniya-Azərbaycan Forumunun birgə təşkil etdiyi təqdimat mərasimində Almaniya Bundestaqı fraksiya və komissiyalarının
sədrləri, deputatlar,
Xarici İşlər
Nazirliyinin yüksək
səviyyəli əməkdaşları,
diplomatik korpusun nümayəndələri, Berlində
fəaliyyət göstərən
bir sıra elmi-tədqiqat mərkəzləri və
universitetlərin təmsilçiləri,
səfirliyin əməkdaşları
və bu ölkədə yaşayan
həmyerlilərimiz iştirak
etmişlər.
Azərbaycanın Almaniyadakı səfiri
Pərviz Şahbazov tədbiri açaraq, Ermənistanın Azərbaycana
təcavüzü, işğal
edilmiş ərazilərdə
maddi mədəni irsimizin mütəmadi məhv edilməsi, toponimlərin erməniləşdirilməsindən
bəhs etmiş, iştirakçılara kitab
haqqında məlumat vermişdir.
Almaniya-Azərbaycan Forumunun sədr müavini, Potsdam Universitetinin professoru Dr.Vilfrid Furman çıxış edərək,
yüksək səviyyədə
hazırlanmış bu
kitab sayəsində alman ictimaiyyətinin Azərbaycan gerçəklikləri
barədə daha ətraflı məlumat ala biləcəyinə əmin olduğunu bildirmişdir.
Sonra kitabın müəllifi, Xarici İşlər Nazirliyi xarici siyasətin planlaşdırılması və
strateji araşdırmalar
idarəsinin birinci katibi Kəmalə İmranlı geniş interaktiv məruzə ilə çıxış
etmişdir. Kitab əsasında hazırlanmış
kompakt diskdəki slaydların müşayiəti
ilə edilən məruzədə ermənilərin
Azərbaycan ərazilərinə
gəlmə olduğu,
qədim Alban kilsəsinin onlar tərəfindən erməni
kilsəsi kimi qələmə verilməsi,
son iki əsrdə
torpaqlarımızda ardıcıl
və planlı şəkildə özününküləşdirmə
siyasəti yeridilməsi,
işğal olunmuş
ərazilərdə tarixi
və mədəni abidələrin məhv edilməsi barədə sənədlər, fotolar və tutarlı faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Məruzədən sonra
K.İmranlı dinləyiciləri
maraqlandıran suallara
cavab vermişdir.
Tədbirdə, həmçinin
“Azərbaycana qarşı
müharibə: mədəni
irsin hədəfə
alınması” sənədli
filmi alman dilində nümayiş etdirilmişdir.
Xalq qəzeti.- 2008.- 11 aprel.- S. 4.