Tahirə
Aygünə heç
olmasa hərə bir SMS göndərsin
Azərbaycanlı
balasına dəstək lazımdır
Bu gün dünyanın bir çox ölkələrində müxtəlif səpkili musiqi müsabiqələri keçirilir. Türkdilli dövlətlər arasında isə bu gün "Alaturka" müsabiqəsi maraq və həyəcanla izlənilir. Bu il keçirilən bu müsabiqəyə isə Azərbaycan tamaşaçısı xüsusi maraq göstərir.
Çünki "Alaturka"nın builki iştirakçıları arasında
azərbaycanlı qızımız
da iştirak edir. Təbii ki, Aygün Şükürovanın belə
genişmiqyaslı müsabiqədə
iştirakı həm
önəmli, həm də həyəcanlıdır.
Türkiyə kimi bir ölkədə, belə möhtəşəm bir müsabiqədə iştirak
edib, eyni zamanda özünə böyük publika qazanmaq heç də asan deyil.
Nəzərə alsaq ki, Türkiyə şou-biznesində, o mühitdə seçilmək,
tamaşaçı marağı
qazanmaq o qədər də asan başa gəlmir, onda qızımızın üzərinə
düşən məsuliyyətin
və yükün ağırlığını anlamaq heç də çətin deyil. "Alaturka"
müsabiqəsində final
mərhələsinə qədər
gəlib çıxmaq
və məhz elə ciddi münsifləri - Türkiyənin
tanınmış sənətçilərini,
televiziya bilicilərini,
prodüserlərini təəccübləndirmək
və maraqlandırmaq
üçün iştirakçıdan
gözəl səslə
yanaşı, özünə
inam və cəsarət də vacibdir. Bütün bunlarla bahəm, eyni zamanda müsabiqə
iştirakçısının intellektual səviyyəsi,
nitq qabiliyyəti, səhnə
mədəniyyəti də
əsas amillərdən
sayılır ki, bu da hər
iştirakçıda yetərli
qədər deyil. Onu da nəzərə
almaq lazımdır ki, bu müsabiqədə
iştirakçılardan böyük
potensial tələb olunur. Bir də onu nəzərə alsaq ki, iştirakçılara
münsif qismində Türkiyənin ən tanınmış və
"kapriz"li müğənnisi Bülent
Ersoy, televiziya sahəsində əvəzolunmaz
imici olan Arman Çağlayan kimi kritik qiymətləndirir,
onda orada seçilmək üçün
iştirakçıların nə
qədər psixoloji gərginlik içərisində olmasını anlamaq
çətin deyil. Əgər iştirakçı
həm də Azərbaycandan gəlibsə
və Türkiyə şou-biznesi barədə
tam məlumatlı deyilsə, eyni zamanda türk sənət musiqisinə ilk dəfədir ki,
müraciət edirsə
və ondan mükəmməl ifa tələb olunursa, onda Aygün Şükürovanın
nə qədər psixoloji çətinlik keçirdiyini söyləmək
də çətin deyil. "Alaturka"nın son çıxışında
Aygünün istər
ifası, istər fikir çatdırmaq bacarığı bizlər qədər
elə türkləri,
xüsusilə də münsifləri, Bülent
Ersoyu şoka saldı. Xatırladaq ki, Aygün həmin gün Azərbaycanın gənc ifaçılarından Eltonla
duet də oxudu,
həm də bu dueti
elə oxudular ki, alqışlar sürəkli oldu. Ancaq həmişəki kimi Bülent Ersoyu Aygünün bu ifası qane
etmədi. Səbəb
isə o idi ki, Azərbaycandan
müsabiqəyə qatılan
Aygün Şükürova
məhz Azərbaycan mahnısına müraciət
edib. Bizlər üçün əslində
Bülent Ersoyun bu jesti, yanaşması
təəccüblü deyildi.
Çünki dəfələrlə
bu sənətçi
Azərbaycan musiqisi barədə danışanda
xoşagəlməz jestlər
nümayiş etdirib. Xoş məqam isə o idi ki, Aygün
Bülent Ersoyun fikirlərini qarşılıqsız
qoymadı. Çox məntiqli, savadlı və cəsarətli şəkildə Bülent
Ersoyun diqqətinə
çatdırdı ki,
onun Azərbaycan
musiqisinə müraciət
etməsində heç
bir qəbahət yoxdur. Cəsarətli
şəkildə, qorxmadan
Bülent Ersoya cavab verdi. Onun
diqqətinə onu da çatdırdı ki,
indiyə qədər
Azərbaycan musiqisinə
müraciət etdiyi kimi, bundan sonra
da bu musiqilərə
müraciət edəcək,
çünki o, Azərbaycandan gəlib və Azərbaycanı təmsil edir. Təbii ki, türk sənət
musiqiləri ilə yanaşı, Azərbaycan
musiqilərinə müraciət
etməsi təbii qarşılanmalıdır. Əvvəlcə
Bülent Ersoy təpkisində haqlı olduğunu Aygünə çatdırmaq istəsə
də, son məqamda Aygün onu mədəni şəkildə susdurdu. Əsas məqamlardan biri də o idi ki,
münsiflərdən Ebru Gündeş və Türkiyə
musiqisində xüsusi çəkisi olan Orxan Gəncəbay
da Aygünə dəstək durdular. Azərbaycan musiqisinə
müraciət etməyində heç bir qəbahət olmadığını
söylədilər. Bülent Ersoy bu iradı yenidən əsaslandırmaq
istədi ki, guya, Aygün Azərbaycan musiqilərinə
müraciət etməklə öz işini
asanlaşdırır. Onun sözlərindən elə
çıxırdı ki, guya bizim musiqiləri ifa etmək
çox asandı. Aygün isə onun diqqətinə
çatdırdı ki, Azərbaycan musiqilərini ifa etmək
heç də asan deyil. Təbii ki, bunlar üçün də
xüsusi boğazlar lazımdır. Digər tərəfdən,
o heç də işi asan olsun deyə, Azərbaycan
musiqisinə müraciət etmir. O, ilk
əvvəl elə azərbaycanlı olduğu
üçün bu musiqilərə də ara-sıra yer
verir. Daha sonra Aygün Bülentin diqqətinə
çatdırdı ki,
azərilər də türksoylu millətdir və Türkiyə və ya Azərbaycan
musiqisini ayırmaq heç də düzgün deyil. Təbii ki, bu fikirlər də alqışla qarşılandı. Bizim isə bunları sizə çatdırmaqda
məqsədimiz odur ki, "Alaturka" kimi böyük müsabiqədə azərbaycanlı
qızımıza dəstək
olaq. Hər bir azəri
türkü heç olmasa, bircə dənə SMS Aygünə
göndərsə, onda
qızımız oradan
alnıaçıq geri
dönə bilər. Ən azı onu da nəzərə
almalıyıq ki, Aygün orada Azərbaycanı təmsil
edir və gənc olmasına baxmayaraq bu günə qədər ifası, səsi, səhnə performansı ilə Türkiyədə
diqqət mərkəzindədir.
Sadəcə, ona son məqamlarda daha çox dəstək durmaq lazımdır ki, SMS-dən kasadlıq çəkməsin. Bu həm də Azərbaycanın uğuru
olar.
Şərq.- 2008.- 2 aprel.- S. 14.