Yusifova S.

 

Azərbaycan musiqisi Sankt-Peterburqda

 

2007-ci il Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının qərarına əsasən Sankt-Peterburqun ən böyük konsert zallarından biri olan "Oktyabrski" Böyük Konsert Zalında MDB üzv ölkələrinin Beynəlxalq Mədəniyyət-Musiqi Festivalı təşkil olunub. Tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Sankt-Peterburqa ezam olunmuş Azərbaycan Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Azər Zeynalovun rəhbərliyi altında musiqi qrupu təmsil edib.

Azərbaycan haqqında videofilmin nümayiş etdirilməsi ilə müşayiət olunan Azərbaycan incəsənət ustalarının çıxışı tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

MDB çərçivəsində Azərbaycan musiqi sənətinin yüksək səviyyədə təmsil və təbliğ edilməsi ilə yanaşı tədbir, Azərbaycan həqiqətlərinin bir daha beynəlxalq ictimaiyyətə çatdırılması nöqteyi-nəzərindən mühüm mədəni-siyasi əhəmiyyət kəsb edib.

 

525-ci qəzet.- 2008.- 8 aprel.- S. 7.