Əliyev Ə.
Avropa ölkələrinin
kitabxanaları Azərbaycana aid kitablarla zənginləşir
Azərbaycanın
Belçika Krallığında və Lüksemburq
Hersoqluğundakı səfirliyinin, ölkəmizin Avropa
İttifaqı yanında daimi nümayəndəliyinin birinci
katibi, Benilüks Azərbaycan Təşkilatları
Əlaqələndirmə Şurasının (BATƏŞ)
fəxri prezidenti Fuad Hümbətov AzərTAc-ın xüsusi
müxbirinə bildirmişdir ki, BATƏŞ
tərəfindən Benilüks ölkələrindəki
bütün aparıcı kitabxanalara Azərbaycanın
inkişaf səviyyəsi, iqtisadi potensialı, mədəniyyəti,
eləcə də ölkəmizə qarşı davam edən
erməni işğalı barədə kitabların, kompakt
disklərin paylanılması kampaniyası keçirilir.
Bu il martın sonunda
Brüsseldəki kitabxanaların
mərkəzləşdirilmiş şəbəkəsinə
ölkəmizlə bağlı kitablar daxil edildikdən sonra,
BATƏŞ-in Hollandiyadakı fəal üzvlərindən
olan "Vahid və Bölünməz Azərbaycan Uğrunda
Birlik" təşkilatı aprelin əvvəllərində
Maastrixt Universitetinin kitabxanasına "Azərbaycana xoş
gəlmişsiniz", "Azərbaycan 2007",
"Xocalı faciəsi", "Azərbaycanda
gömrük" kimi ədəbiyyat təqdim olunmuşdur.
Bundan başqa, Hollandiyanın Valkenburq, Marqrant, Heerlen
şəhərlərinin əsas kitabxanalarına Azərbaycan
tarixi, dövlətçiliyi, erməni işğalı
haqqında Heydər Əliyev Fondu tərəfindən
hazırlanmış dəyərli ədəbiyyatlar verilmişdir.
Təşkilatın
fəal üzvlərindən İradə Uluxanlı və Selman
Qasımov Heerlen və Marqraten kitabxanalarından
ölkəmizə aid kitabların qəbulu və kitabxanalarda
yaradılmış Azərbaycan şöbələrində
yerləşdirilməsi barədə rəsmi arayış almışlar.
Azərbaycan.- 2008.- 22 aprel.- S. 2.