"İlxam Aliev: Bioqrafiya prodoljaetsya'

 

Moskvada nəşr edilən kitabın təqdimatı keçirilib

 

Rusiyanın "Mokodaya Qvardiya" nəşriyyatının çap etdiyi "Görkəmli şəxsiyyətlərin həyatı" seriyasından Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş "İlxam Aliev: Bioqrafiya prodoljaetsya" kitabının və onun elektron versiyasının təqdimatı keçirilib. Kitabı yazıçı, millət vəkili Hüseynbala Mirələmov və Viktor Andriyanov qələmə alıb. Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru Kərim Tahirov açıb.

Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva bu seriyanın çox məşhur olduğunu bildirib: "Dünyada geniş yayılmış, hamı tərəfindən qəbul edilən alim, şair, dövlət xadimləri haqqında kitablar bu seriyada nəşr e.dilir. İki il öncə həmin nəşriyyat tərəfindən "Heydər Əliyev" kitabı çap olunub. Bioqrafiya həqiqətən davam edir və bu dəfə biz İlham Əliyevə həsr olunmuş kitabın təqdimatına yığışmışıq".

Akademik Bəkir Nəbiyev, millət vəkilləri Ziyafət Əsgərov, Fəttah Heydərov, Həvva Məmmədova və başqalarının çıxışlarında kitabın materiallarından və bədii dəyərindən söz açılıb. Tədbirin sonunda nəşrin elektron versiyası nümayiş olunub.

 

Səs.- 2008.- 17 aprel.- S. 2.