Mahmudova S.
Gözəl və
səmimi
Onun tərcümeyi-halında
diqqət çəkən cəhətlər çoxdur. Bir
il əvvəl martın 12-də 70 yaşı tamam olub. Bu il
də onun üçün əlamətdar
hadisələrlə zəngindir. İyun ayının 30-da
Milli Kitabxanada çalışmağa başlamasının
30 ili tamam olacaq. Bütövlükdə isə Səkinə
xanımın kitabxanaçılıq sahəsində 50
ilə yaxın təcrübəsi var.
Gəlin
tələsməyək, bu mədəniyyət fədaisinin
ömür kitabını birgə vərəqləyək.
Məmmədova
Səkinəxanım Kamil qızı 1937-ci il martın
12-də Pirşağı qəsəbəsində anadan olub.
N.Krupskaya adına Kitabxanaçılıq Texnikumunu bitirib.
M.Qorki adına, A.S.Puşkin adına kitabxanalarda və Y.Qaqarin
adına sarayda çalışıb. 1978-ci ildən Milli
Kitabxananın dövrü mətbuat zalında işləyir.
Bu illər
ərzində nə qədər elm, təhsil,
mədəniyyət xadimlərinə, yazıçı
və şairlərə, müəllim və tələbələrə
mədəni xidmət göstərib.
Son dərəcə
mədəni, mehriban, sadə və zəhmətkeşdir.
Vəzifəsinə məsuliyyət və vicdanla
yanaşır.
Danışdırdığımız
oxucuların hamısı Səkinəxanımın haqqında
məmnuniyyətlə xoş sözlər söylədi.
Dövrü mətbuat şöbəsinin müdiri
Fəridə xanım Hacıyevanın fikirləri isə daha
maraqlı oldu:
- Belə insanlarla
çalışmaq adamda həmişə xoş ovqat
yaradır. Təcrübəsi var, işini sevir, oxuculara
lazımi köməyi edə bilir... Daha nə
lazımdır?!
Biz də öz
növbəmizdə Səkinə xanımı yubileyi
münasibətilə ürəkdən təbrik edir, ona
nəcib işində uğurlar, möhkəm can sağlığı
arzulayırıq.
P.S. Hörmətli
oxucularımızın diqqətinə 2 şəkil də
təqdim edirik. Bunlardan biri Səkinə xanım kitabxanada
yenicə çalışmağa başlayarkən, digəri
isə anadan olmasının 70 illiyi ərəfəsində lentə
köçürülüb. İllər öz
sözünü desə də gözlərindəki insanlara
qayğı, vətəninə məhəbbət işığına
təsir edə bilməyib. Səkinə xanım 50 il
əvvəl olduğu kimi yenə də gözəl, səmimi
və ünsiyyətcildir...
Yeni Mədəni-maarif jurnalı.- 2008.- ¹ 3.- S. 80.