Mirzəbəyli İ.

 

Bakıxanovların ekran təcəssümü” kitabının təqdimatı

 

Azərbaycan ictimai-siyasi mədəni həyatının möhtəşəm bir səhifəsini təşkil edən Bakıxanovlar sülaləsinin televiziya ekranlarında işıqlandırılmasına, təbliğinə öyrənilməsinə həsr edilmiş onlarla verilişin məzmununu özündə əks etdirən dəyərli bir kitabın təqdimat mərasimi məhz Bakıxanov qəsəbəsində keçirilirdi. Görkəmli akademik Ziya BünyadovunAzərbaycan elmi tarixşünaslığının banisiadlandırdığı Abbasqulu Ağa Bakıxanovdan başlayaraq bugünkü görkəmli bəstəkar, xalq artisti, professor Tofiq Bakıxanova qədər böyük bir nəslin milli tariximizdəki rolundan bəhs edən yeni kitab haqqında çox dəyərli fikirlər səsləndirildi, maraqlı elmi-bədii ümumiləşdirmələr ortaya qoyuldu.
Abbasqulu Ağa Bakıxanovun qardaşı, general-leytenant Cəfərqulu Ağa Bakıxanov, Cəfərqulu Ağanın oğlu, general-mayor Həsən Ağa Bakıxanov, Cəfərqulu Ağanın ikinci oğlu, polkovnik Əhməd Ağa Bakıxanov, Əhmədxan Məmmədxan Bakıxanovların atası Məmmədrza bəy, xalq artisti Əhmədxan Bakıxanov, onun qardaşları Haşımxan Məmmədxan (görkəmli tarzən) Bakıxanovlar, Məmmədrza Bakıxanov nəhayət, “Şöhrətordenli bəstəkar, xalq artisti, professor Tofiq Bakıxanovun həyatının müxtəlif məqamlarını özündə əks etdirən bu kitabMütərcimnəşriyyatında işıq üzü görüb. Abbasqulu Ağa Bakıxanov nəslinin ləyaqətli davamçısı, filologiya elmləri namizədi, istedadlı alim-şərqşünas, həyatdan çox erkən köçmüş Nigar Tofiq qızı Bakıxanovanın xatirəsinə həsr edilmiş kitabın təqdimat mərasimində görkəmli sənət adamlarının söylədiyi maraqlı fikirlərdən bəzilərini oxuculara təqdim edirik:
Arif MƏLİKOV, SSRİ xalq artisti, professor:
Mən çox xoşbəxtəm ki, on dörd yaşında ilk dəfə əlimə tar aldıqdan sonra Əhməd Bakıxanovun sinfinə düşdüm. Uzun illər gah Asəf Zeynallı adına musiqi məktəbində, gah da Əhməd Bakıxanovun evində bütün muğamları bu ustaddan öyrəndim. Bu gün professional sənətimdə xalq musiqisinə yaxınlığım varsa, muğamlara müraciət edirəmsə, bunun əsas səbəbini mənə doğru yol göstərən Əhməd Bakıxanovda görürəm. Şadam ki, bu gün Tofiq Bakıxanov həmin möhtəşəm ənənəni yüksək səviyyədə davam etdirir. Bu sülalə haqqında belə bir kitab yazılması çox yüksək qiymətləndirilməli addımdır.
Nəriman HƏSƏNZADƏ, xalq şairi, professor:
Çoxsaylı televiziya verilişlərinin ekran əsərlərinin məzmunu toplanmış bu kitabı oxuyanda indi burada səsləndirilən fikirləri eşidəndə ulu öndər Heydər Əliyevin bir ifadəsi yadıma düşür: “Xalqımızın dünya elminə bəxş etdiyi töhfələrlə fəxr etməyə haqqı var. Nəsirəddin Tusinin, Əbülhəsən Bəhmənyarın, Mirzə Fətəli Axundovun, Abbasqulu Ağa Bakıxanovun digər mütəfəkkirlərimizin adları dünya elminə yaxşı tanışdır”. Adı çəkilən həmin görkəmli şəxsiyyətlərin hər biri bizim fəxrimizdir. Ancaq Bakıxanovlar nəsli elə bir nəsildir ki, milli tariximizə onlarla görkəmli sima bəxş etmişdir. Odur ki, bu kitabı çox yüksək qiymətləndirirəm.
Gülnaz ABDULLAZADƏ, Bakı Musiqi Akademiyasının prorektoru, fəlsəfə elmləri doktoru:
Çox maraqlıdır ki, Abbasqulu Ağa Bakıxanovdan başlayaraq bu nəslin nümayəndələri həmişə ictimai-siyasi proseslərin mərkəzində olublar. Əvvəlki Bakıxanovlar barədə mən bu fikri kitablardan oxuduğum məlumatlar əsas
ında deyirəm. Tofiq müəllimlə xeyli müddət birlikdə işlədiyimdən onun çox böyük yaradıcı, həm yorulmaz insan olduğunun şahidinə çevrilmişəm. Elə bir məsələ ola bilməz ki, Tofiq müəllim ona vaxt tapmasın. Deməli, onlar haqqında mütləq yazılmalıdır.
Şahin FAZİL, AMEA Tarix İnstitutunun əməkdaşı, tarix elmləri doktoru:
Mən ixtisasca tarixçi olduğuma görə Azərbaycan tarixi barədə ilk mükəmməl elmi əsər yazmış Abbasqulu Ağa Bakıxanovun yaradıcılığını dərindən öyrənmişəm. Amma orada daha dərindən öyrənməli məqamlar çoxdur. Tofiq Bakıxanovla isə yaradıcılıq prosesində tanış olmuşam görmüşəm ki, Tofiq müəllim öz nəslinin ənənələrini çox böyük ustalıqla davam etdirir.
Yaqub MƏDƏTOV, Respublika audio-video materiallar arxivinin direktoru, əməkdar mədəniyyət işçisi:
Bizim arxivin funksiyasını burada iştirak edənlərin hamısı çox yaxşı bilir. Amma mən sizin üçün yeni maraqlı olan bir faktı qeyd etmək istəyirəm. Arxivimizdə üç böyük fond vardır: Muğamlar (həm vokal, həm instrumental), aşıq müsiqisi nəhayət Bakıxanovların irsi. Bu fakt Bakıxanovların Azərbaycan mədəniyyətindəki yeri barədə kifayət qədər təəssürat yaradır.
Məhəmməd Hüseyn HERİSÇİ, tibb elmləri doktoru, professor, cərrah-ortoped:
Atam, professor Məhəmməd Tağı Herisçi uzun illər Təbriz Universitetinin rektoru vəzifəsində çalışıbdır. Onun evində daim Bakıdan gələn sənət adamları qonaq olublar. Atam həmişə deyərdi ki, mənim ən hörmətli qonağım tarzən Əhməd Bakıxanov olub. Evimizdə Abbasqulu Ağa Bakıxanovun tarixi fikirləri barədə çoxlu söhbətlər olubdur. Tofiq müəllimi isə bir ustad kimi çox sevirəm. Xalqın həyatında böyük rol oynamış bir nəsil haqqında yazılmış bu kitabı ərsəyə gətirənlər var olsunlar.
Nəriman MƏMMƏDOV, xalq artisti, professor:
Mən bütün instrumental muğamları nota yazmışam. Hamısını da Əhməd Bakıxanovun ifasında. Muğamı onun kimi bilən ustad sənətkar az-az tapılardı. Nota yazdığım muğamlar Moskvada, Təbrizdə, Tehranda çap edilibdir. İndi hörmətli millət vəkilimiz Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə həmin muğamları Bakıda çap etdirir. Bu, mənim üçün çox böyük hədiyyə olacaqdır. Əhməd Bakıxanova min rəhmət, dostum Tofiqə isə uğurlar arzulayıram.
Tahir ƏKBƏROV, bəstəkar:
Bakıxanovlar nəsli təkcə Azərbaycan ya türk mədəniyyətinin deyil, bütövlükdə Şərq mədəniyyətinin ən görkəmli simalarını yetişdirən nəsildir. Ona görə belə insanlar barədə yazılan kitablar təqdir olunmalı, onların həyatı dərindən öyrənilməlidir. Mən çox xoşbəxtəm ki, bu məclisdə Azərbaycan mədəniyyətinin görkəmli şəxsiyyətlərindən çox dəyərli fikirlər eşitdim. Bakıxanovların işığına yığışan hər kəsin öyrənilməli, elmi-bədii fikirlər söyləməsi çox təbiidir. Bu qəbildən olan kitabların yazılması bilavasitə xalqa, milli mədəniyyətimizə xidmət etmək deməkdir.
Sonda Bakıxanovlar nəslinin nümayəndəsi Tofiq Bakıxanov, kitabın ərsəyə gəlməsində əvəzsiz xidmətləri olmuş Hacı Fərhad Mirzə, tərtibçi, beynəlxalq müsabiqələr laureatı Həsən Cəbrayılov, redaktorlarfilologiya elmləri namizədi Gülzar İbrahimqızı sənətşünaslıq namizədi Hökumə Əliyeva çıxış edərək dəyərli fikirlərinə görə tədbir iştirakçılarına minnətdarlıq etdilər. QonaqlaraBakıxanovların ekran təcəssümü Hacı Fərhad MirzəninKəlamlarkitabı hədiyyə edildi.

 

Xalq qəzeti.- 2008.- 1 aprel.- S. 7.