Mükərrəmoğlu M.

 

Azərbaycan kitabları Kalininqradda

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyasının Mədəniyyət və Kinematoqrafıya üzrə Federal Agentliyi arasında imzalanmış "Mədəniyyət sahəsində 2007-2008-ci illər üzrə mübadilə Proqramı"na əsasən, kitab və elektron informasiya daşıyıcılarından ibarət kolleksiya Kalininqrad vilayətinin Universal Elmi Kitabxanasına göndərilmişdir.

Kolleksiyaya Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli "Azərbaycan dilində latın qrafıkası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı ilə nəşr olunmuş kitablar daxil edilmişdir. Kolleksiya Kalininqrad vilayətinin Universal Elmi Kitabxanasında yaradılmış "Azərbaycan guşəsi"ndə nümayiş etdiriləcəkdir.

 

Xalq qəzeti.- 2008.- 18 aprel.- S. 6.