Əliqızı T.

 

Mir Möhsün Nəvvab dühası

 

Dövrünün görkəmli ictimai xadimi Mir Möhsüm Nəvvabın adı tarixə elm adamı, pedaqoq, şair, rəssam musiqişünas kimi yazılmışdır. Xalqımızın adlı-sanlı insanları sırasında onun da müstəsna yeri olmuşdur.
Mir Möhsüm Ağamirzadə Nəvvab 1833-cü ildə Qafqazın konservatoriyası, istedadlar şəhəri kimi məşhurlaşmış Şuşada dünyaya göz açmışdı. İbtidai təhsilini 7 yaşında Şuşada alan Nəvvab ərəb-fars dillərinə mükəmməl yiyələnmişdi. Gənc yaşlarında şeir yazmağa böyük maraq göstərmişdi. Mədəni, tarixi fondumuza daxil olmuş 20-dən artıq əsəri doğma dilimizlə yanaşı, ərəb fars dillərində çap olunmuşdur. Buna misal olaraq, "Kəşfel həqiqət", "Ziyaül Ənvar", "Nəsihətnamə", "Təzkireyi-Nəvvab", "Qəzəliyyat", "Tarixi erməni müsəlman" əsərlərini göstərmək olar.

"Təzkireyi-Nəvvab" əsərində XIX əsrdə yaşamış yüzə yaxın Azərbaycan şairləri haqqında qısa məlumat verməklə, onların şeirlərindən, əlyazma şəklində nümunələr göstərmişdir.
Bu yaxınlarda yenidən çap edilmiş "1905-1906- illərdə erməni-müsəlman davası" adlı kitabında Mir Möhsüm Nəvvab öz gözü ilə gördüyü ayrı-ayrı epizodları qələmə alaraq, ermənilərin üzünü açmış, onların vəhşiliklərini göstərərək insanları ayıq-sayıq olmağa çağırmışdı. Əsərdə Şuşada Qarabağın başqa kəndlərində erməni millətçilərinin Azərbaycan türklərinə qarşı törətdikləri cinayətlər haqqında geniş məlumat vermişdir.

Bu tarixi şəxsiyyətin gözəl estetik qabiliyyətindən biri də rəngkarlıq idi. Xüsusi zövqlə seyr etdiyi təbiət lövhələrini rənglərin dili ilə tablolara həkk edərdi. Maraqlı bu idi ki, onun əsərləri özü tərəfindən məharətlə təbii yolla hazırlanmış boyalarla cana gələrdi, təravətini itirməz solmazdı. Nəvvab bir mühəndis kimi o dövr üçün yenilik olan çap maşını da ixtira etmişdi bu maşından istifadə edərək əsərlərinin xalqa kütləvi tirajla çatdırılmasına nail olurdu.

Nəvvab Azərbaycan klassik musiqisi ilə yanaşı, Şərq musiqisini də dərindən mənisəmişdi. Şuşa şəhərinin ədəbi-mədəni inkişafında xüsusi xidmətləri olan böyük şəxsiyyət XIX əsrin ikinci yarısında doğma şəhərində "Məclisi-Fərmuşan" "Musiqiçilər" ədəbi məclislərini yaratmış, onlara həm işgüzarlıqla rəhbərlik etmişdir. Bu ədəbi məclislərə o dövrün tanınmış musiqiçiləri dəvət olunardılar. Ədəbi məclislərdə Nizaminin, Füzulinin şeirləri dinlənilərdi. Tar çalmaqda mahir usta, fitri istedad sahibi Mirzə Sadıq Əsəd oğlu məhşur xanəndələr Hacı Hüsü, Məşədi İsi ilə bərabər, bir sıra musiqi biliciləri bu məclisin dəyərli qonaqlarından sayılardı. "Məclisi-fərəmuşan" ədəbi məclisinin iştirakçıları Mirzə Ələsgər, Novrəs, Abdulla bəy Asi, Həsənəlixan Qaradağı, Fatma xanım Kəminə, Məşədi Əyyub Baki, ziyalılarımız - Mirzə Camalzadə, Məmməd Həsən bəy, Mirzə Xosrov Şaiq (Axundov), Abış bəy, Nüsxəbənd Əkbər (əczaçı), Həşimbəy Nərimanbəyov kimi simalar olublar. Xanəndələrdən Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu, İslam Abdullayev sehrli səsləri ilə ifadə etdikləri mahnılarla məclisdəki qonaqlara xüsusi zövq verərdilər.

O, həm də gözəl ədəbiyyatşünas və şair idi. Nəvvab lirik qəzəllərin müəllifidir. Heydər Əliyev Fondunun dəstəyi ilə dövlət televiziyasında yayımlanan muğam müsabiqəsinin iştirakçıları onun qəzəllərini məharətlə ifa edirdilər.

Nəvvab maraqlı şəxsiyyət, gözəl insani keyfiyyətlərə malik ictimai xadim idi. O, gördüyü hər bir işi ustalıqla ərsəyə çatdırardı. Nəvvab Allahın ona bəxş etdiyi 86 illik ömründən səmərəli istifadə edərək, mədəni milli örnəyə çevrilmişdi. Nəvvab zəhmətsevərliyi sayəsində kimya, riyaziyyat , coğrafiya, astronomiya, fəlsəfə başqa elmlərə yiyələnə bilmişdi. O, muğamatı yüksək ədəbi zövqlə sevər saatlarla dinləyərdi. İlk dəfə Azərbaycan muğam nəzəriyyəsinin təməli olan "Vüzühül-ərqam" əsəri onun tərəfindən yazılıb. Bu kitabda Şərq musiqisindən geniş məlumatlar verməklə yanaşı, 9 "Dəsgah" 82 musiqi motivi göstərilmişdir.

Nəvvab Şuşada ilk təhsil ocaqlarının, qiraətxana-kitabxananın açılmasının təşəbbüskarı olmuşdu. O, bir çox ölkələrdə çap olunan qəzet jurnalları Şuşaya gətirdər, kütləvi şəkildə yayardı. Onun 1899-cu ildə göy cismləri haqqında yazdığı "Kifayətül-ətval" kitabı dərslik kimi nəzərdə tutulmuşdu. 1912-ci ildə Azərbaycan dilində işıq üzü görmüş "Nəsihətnamə" kitabı 500 ibrətamiz nəsihətdən ibarətdir. Mir Möhsüm Ağamirzadə Nəvvab 1919-cu il martın 29-da Şuşa şəhərində vəfat edib. YUNESKO-nun qərarı ilə 1960- ildə onun barelyefi qoyulub, qəbiri üstündə abidə ucaldılıb. Hər iki abidənin müəllifi mərhum Tokay Məmmədovla Rasim Əbdülrəhimovdur.

1982-ci ildə Şuşa şəhərinə gəlmiş ulu öndərimiz Heydər Əliyev onun Cıdır düzündəki məqbərəsini ziyarət edərək oraya gül-çiçək dəstəsi qoymuşdur.

Görkəmli ziyalının adını əbədiləşdirmək üçün Şuşa orta ixtisas musiqi məktəbinə, həmçinin küçələrdən birinə onun adı verilmiş, 150 illik yubileyi təmtəraqla qeyd olunmuşdur.

"86 il ömür sürdüm, ancaq mənə elə gəlir ki, bu dünyaya dünən gəlmişəm" -deyə hələ sağlığında öz qiymətini bilən alim, pedaqoq, rəssam, astronom, şair, nəqqaş, xəttat Mir Möhsüm Ağamirzadə Nəvvab xalqımız tərəfindən yüksək qiymətləndirilərək, onun tarixinə əbədi həkk olunmuşdur.

Azərbaycan.- 2008.- 1 aprel.- S. 7.