Mütəllimova S.
Mikayıl Müşfiqə
həsr olunmuş gecə
Aprelin 15-də
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında
nakam şair Mikayıl Müşfiqin anadan olmasının 100
illik yubileyi münasibətilə ədəbi-bədii gecə
keçirilib. Tədbir kitabxananın İctimai Hüquqi İnformasiya
Mərkəzində baş tutub. Əvvəlcə
iştirakçılar şairin xatirəsinə ehtiram
əlaməti olaraq, M.Müşfiqin abidəsi öniinə
gül-çiçək dəstələri qoymuşlar.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb. O, qeyd edib ki, bizim borcumuz həyat və yaradıcılıqlarını xalqına sərf etmiş şair və yazıçıların əsərlərini qoruyub saxlamaq və onu gələcək nəslə verməkdən ibarətdir. Belə şairlərdən biri də Azərbaycan poeziyasında özünəməxsus yer tutan, qartal qanadlı poeziyası ilə seçilən, cəmi 29 il yaşamış şair Mikayıl Müşfiqdir.
Sonra söz Mədəniyyət və Turizm Nazirliyi Kitabxana işi sektorunun müdiri Lətifə xanım Məmmədovaya verilib. L.Məmmədova şairin aramızdan vaxtsız aparılmasına baxmayaraq, bu gün də onun yaşadığını, əsərlərinin sevilə-sevilə oxunduğunu söyləyib. Dahilərin ucalığı illər keçdikcə zirvələrdən daha aydın görünür, - deyən L.Məmmədova hər gün, hər il Mikayıl Müşfiqin anıldığını, onun ruhunun şad olduğunu vurğulayıb.
Tədbirdə S.Mümtaz adına Dövlət Ədəbiyyat
və İncəsənət
Arxivinin direktoru M.Teymurov, müşfiqşünas
tədqiqatçı-şair
Gülhüseyn Hüseynoğlu,
yazıçı-publisist
İntiqam Mehdizadə,
şairə Gülarə
Munis çıxış
edərək Mikayıl
Müşfiqin qısa
ömür yolunun necə şərəfli,
yaratdığı şeir
və poemaların isə bu gün
də dillər əzbəri olduğundan bəhs ediblər. İ.Əbilov adına Mədəniyyət Mərkəzinin
"Şəlalə" xalq
çalğı alətləri ansamblının və "Vurğun" poeziya teatrı üzvlərinin ifasında
səslənən - Mikayıl Müşfiqin
şeirlərinə bəstələnmiş
mahnılar tədbiri daha da rövnəqləndirib.
Mədəniyyət.- 2008.- 17 aprel.- S. 8.