Pskov kitabxanasında "Azərbaycan kitabı" Fondu

 

Pskov Vilayəti Universal Elmi Kitabxanasında "Azərbaycan kitabı" Fondu yaradılıb. Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, kitabxanaya latın qrafikası ilə nəşr olunmuş kitablar, Azərbaycan tarixi, mədəniyyəti, elmi, incəsənəti haqqında nəşr əsərləri və elektron informasiya daşıyıcıları hədiyyə edilib. Qeyd edək ki, Pskov kitabxanası Rusiyanın qabaqcıl kitabxanalarından biri hesab edilir. Pskov Vilayət Universal Elmi Kitabxanasına Rusiya Federasiyası Hökumətinin keyfiyyət sahəsində mükafatı verilib.

 

Palitra.- 2008.- 18 aprel.- S. 16.