Yaradılan elektron kataloqlar üçün zəruri vəsait

 

Azərbaycan kitabxana mütəxəssislərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, Mədəniyyət Turizm Nazirliyi Cəfər Cabbarlı adına Respublika Gənclər Firudin Köçərli adına Respublika Uşaq kitabxanaları ilə birlikdə "Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə nəşr olunan kitabların biblioqrafik təsviri" adlı kitabça nəşrə hazırlanmışdır. Sözügedən vəsaitdə Azərbaycan Respublikası Prezidentinin kitab nəşri ilə bağlı 3 sərəncamı nəşr edilən kitabların, lüğət ensiklopediyaların siyahıları verilmişdir. Vəsaitdə Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2004-cü il tarixli Sərəncamı ilə nəşr edilən kitabxanalara hədiyyə edilən 200-dən çox kitabın biblioqrafik təsviri verilmişdir.

 

Səs.- 2008.- 18 aprel.- S. 12.