Azərbaycan
kitabxanalarında Amerika
mərkəzləri yaradılır
Aprelin 9-da Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi ilə ABŞ-ın ölkəmizdəki
səfirliyi arasında
əməkdaşlıq haqqında
memorandum imzalanıb. Mədəniyyət və Turizm
Nazirliyinin məlumatına
əsasən, nazir Əbülfəs Qarayev və səfir Ənn Dersin imzaladıqları sənəd
Bakıda və ölkənin müxtəlif
bölgələrində kitabxana
işinin təkmilləşdirilməsini,
kitabxanalarda Amerika guşələrinin yaradılmasını
nəzərdə tutur.
ABŞ səfirliyinin iki il ərzində
həyata keçirdiyi
"Azərbaycan kitabxanalarının
inkişaf proqramı"
çərçivəsində kitabxanalarda Amerika mərkəzləri yaradılıb.
Layihə Azərbaycanın bir sıra mərkəzi
kitabxanalarının müasir
texnologiyalarla təmin
edilməsinə imkan verir. İkinci mərhələnin fəaliyyət
proqramı da xeyli zəngindir. İndi bu cür
mərkəzlərin Gəncədə,
Lənkəranda, Salyanda,
Kürdəmirdə və
digər bölgələrdə açılması,
yerlərdə məşğələ-kursların keçirilməsi
planlaşdırılır. Nazir Ə.Qarayev
çıxışında vurğulayıb ki, Azərbaycanda ABŞ-la yaxından tanış olmağa imkan yaradan bu cür
informasiya mərkəzləri
gənclər üçün
ciddi maraq kəsb edir.
Səfir Ənn
Ders isə bildirib ki, belə
mərkəzlər dünyanın
100 ölkəsində fəaliyyət
göstərir və dövlətlər arasında
bir növ humanitar körpü yaradır.
Sazişə əsasən, Mədəniyyət
və Turizm Nazirliyi kitabxanalarda ABŞ
mərkəzlərinin yaradılması
üçün yerlər
ayıracaq, onların
internetə çıxışla
və digər proqramlarla təchiz olunmasını təmin edəcək. Amerika tərəfi mərkəzlərin
kompüterlərlə, ABŞ haqqında tədris materialları ilə təchiz olunmasını öz üzərinə götürüb.
525-ci qəzet.- 2008.- 11 aprel.- S. 7.