Kitabxanaların müasir dövrün
tələblərinə cavab
verməsi üçün
iş aparılır
2008-ci ilin ikinci yarısından
etibarən bu istiqamətdə xüsusi layihənin icra
olunması planlaşdırılıb
"Azərbaycanda
12 min kitabxana var, ancaq onların
heç də hamısı lazımi tələblərə və
beynəlxalq standartlara
cavab vermir". Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev bu fikirləri ölkə kitabxanalarının
vəziyyətilə bağlı
açıqlama verərkən
söyləyib. Məlum
olub ki, kitabxanalarda islahatların aparılması ilə bağlı layihənin son variantı Nazirlər Kabineti tərəfindən artıq
təsdiq edilib. Hazırda dövlət qurumları ilə danışıqlar aparılır
və bu ilin ikinci yarısından
layihə ilə bağlı işlərin
həyata keçirilməsinə
başlanılacaq. Nazir
Ə.Qarayev onu da bildirib
ki, Bakıda və bölgələrdə
bu yöndə müvafiq işlər aparılır, artıq bir sıra kitabxanalar
bərpa olunmağa başlayıb. Həmin kitabxanaların maddi texniki bazası möhkəmləndiriləcək, onların zamanın tələbinə uyğun
olaraq zəruri informasiya mərkəzinə
çevrilməsi üçün
tədbirlər görüləcək:
"Tam yararsız vəziyyətə düşmüş,
oxucusunu itirmiş və insanlara fayda verməyən kitabxanaların bağlanılması
nəzərdə tutulub.
Bununla belə, həmin kitabxanaların mövcud potensialından mümkün səviyyədə
istifadə olunacaq".
525-ci qəzet.- 2008.- 12 aprel.- S. 25.