Aliyə
KİV: Hansı daha
çox etibarlıdır
XXI əsrin ən
gərgin mücadilələrindən biri və bəlkə
də ən böyüyü kütləvi informasiya
vasitələrinin ətrafında gedir. Bu
sahədə böyük
maqnatlar çalısır.
Texnologiyaların inkişafı
ilə KİV-lərin
də artnıası hələ bütövlükdə
dürüst informasiya
problemini həll etmir. Qəzet və jurnallar,
teleradio kanalları, internet saytları, informasiya agentlikləri xəbər transformatoru kimi cəmiyyət həyatında mühüm rol oynayır.
Əbəs yerə media dördüncü
hakimiyyət adlandırılmır. Alternativ məlumat mənbələri olmasına baxmayaraq,
adamlar hələ də dürüst və qərəzsiz informasiya almaq
problemi ilə rastlaşır. Bəs elə
də
hansı
mənbəyə
güvənməli? Elə
bu sualla ziyalılarımıza müraciət etdik:
Hansı
kütləvi informasiya vasitələrinə
etibar edirsiniz? Onların seçimi hamımız
üçün maraqlıdır.
Məsələn, məşhur kinoşünas və
rejissor Ayaz Salayev internet saytlarına etibar edir. "Kütləvi informasiya vasitələri içində
ən
çox internet saytlarına müraciət edirəm. Vaxtaşırı "mediaforum.az" və
"day.az"
saytlarını
izləyirəm".
Ünlü
rejissor,
Yuğ
Teatrının rəhbəri Vaqif İbrahimoğlunun isə sualımıza cavabı
başqa dildə
və
iki kəlmə oldu: "no comments...".
Telejurnalist, kino və teatr
rejissoru Mehriban Ələkbərzadə isə
əslində heç
nəyə etibar etmədiyini söylədi. "Hər dezinformasiyanın içində bir dürüst informasiya olur. Bütün hallarda bu dürüstlük nisbidir.
Həm də bu informasiyadan
asılıdır. Son
zamanlar düşünürəm
ki, qəzetlərdən
daha dürüst məlumat almaq olar. Qəzetlərin internet saytlarına daxil oluram. Həmçinin tək Azərbaycan
yox, dillərini oxuya bildiyim ölkələrin mətbuatını
izləyirəm".
Siyasətlə maraqlanmadığını
və bunun insanı yaradıcılıqdan
ayırdığını söyləyən teletamaşalar
müəllifi Ramiz Həsənoğlu kütləvi informasiya vasitələri arasında
daha çox İnternet qaynaqlarına, informasiya agentliklərinə etibar edir. "Belə olduqda məlumatı daha ətraflı öyrənmək və tutuşdurub yoxlamaq olur".
Daha çox
"Trend" və APA agentliklərindən,
"mediaforum.az" saytından informasiyalar
alan Həsənoğlu
"Nezavisimaya qazeta"
və
"Komsomolskaya pravda" qəzetlərini
də oxuduğunu söylədi.
Ramiz Əzizbəyli
isə qaçaqaçda
olduğunu və müntəzəm olaraq mətbuat və televiziyanı
izləmədiyini söylədi:
"Jurnalist vicdanı
deyilən anlayış
var. Vicdanlı jurnalist
harada işləməyindən
asılı
olmayaraq etibarlı
mənbədir. Məlumat mənbəyinə
gəldikdə isə
axşamlar ANS
kanalına baxıram".
Yazıçı-kulturoloq Aydın Xan Əbilov isə etibarlı mənbə kimi internet qaynaqlarından
istifadə etdiyini söylədi. Bunu o, həm
sürətli informasiya
almaq baxımından,
həm də alternativ mənbələrdən
məlumat almaq imkanına görə təqdir edir. "İnternetdən
götürülmüş məlumatları
analiz etmək imkanı çoxdur. Əsasən
"day.az", "mediaforum.az",
"apa.az", "kultaz.com" saytlarına daxil oluram".
Mədəniyyət.- 2008.- 3 aprel.- S. 6.