Azərbaycan Dövlət Teleqraf Agentliyi Avropa Xəbər Agentlikləri Alyansına üzv qəbul edilmişdir

 

AzərTAc MDB məkanında İTAR-TASS Ukrinformdan sonra EANA-da təmsil olunan üçüncü agentlikdir


Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilmişdir.
AzərTAc-ın bu mötəbər regional informasiya qurumuna üzvlüyü məsələsinə aprelin 18- EANA Baş Assambleyasının Estoniyanın paytaxtı Tallinndə keçirilən iclasında baxılmış böyük səs çoxluğu ilə qərar qəbul olunmuşdur.
İclasda EANA-nın Büro üzvü, Macarıstan İnformasiya Agentliyinin
baş direktoru cənab Matyas Vins qurumun Baş katibi cənab Erik Naylenlə Bakıya səfərdən sonra müvafiq hesabat hazırladıqlarını AzərTAc-ın quruma üzvlüyü üçün heç bir maneə görmədiklərini bidirmişdir.
EANA-nın prezidenti cənab Volfqanq Vislozil bu məsələyə əvvəlcə Büroda baxıldığını bildirərək demişdir ki, Azərbaycan demokratik dəyərlərə üstünlük verərək sürətlə inkişaf edən bir ölkədir. Bu baxımdan da Büro AzərTAc-ın EANA-ya üzvlük məsələsini dəstəkləyir.
Müzakirələrdə çıxış edən Fransanın Frans Press, Türkiyənin Anadolu Ajansı Albaniyanın ATA agentliklərinin rəhbərləri AzərTAc-ın Avropa xəbər agentliklərinin regional qurumuna qəbul edilməsinə tərəfdar olduqlarını bildirmişlər. Sonra məsələ səsə qoyulmuş, EANA-nın iclasda təmsil olunan 29 üzvündən 26- AzərTAc-ın təşkilata üzv qəbul edilməsinə səs vermişdir.
Beləliklə, AzərTAc postsovet məkanında İTAR-TASS Ukrinformdan sonra EANA-ya qəbul edilmiş üçüncü informasiya agentliyi, təşkilatın isə sayca 31-ci üzvü olmuşdur.
İndi AzərTAc dünyada xəbər agentliklərinin ən böyük iki regional qurumunda - OANA EANA-da təmsil edilir ki, bu da dinamik inkişaf edən, demokratik
vətəndaş cəmiyyəti quran Azərbaycan həqiqətlərinin dünyada daha geniş yayılmasına yeni imkanlar açır.

 

Xalq qəzeti.- 2008.- 19 aprel.- S. 3.