İnformatika
üzrə Ümumrespublika Olimpiadasının 2-ci
mərhələsi yekunlaşıb
Aprel ayının
5-də ali məktəb tələbələri
arasında informatika üzrə Ümumrespublika
Olimpiadasının 1-ci mərhələsi
keçirilib. Dünya Telekommunikasiya
və İnformasiya Cəmiyyəti Gününə
həsr olunan bu Olimpiada Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi
(RİTN), Heydər Əliyev
Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu
tərəfindən birgə
keçirilir. 4 region komandası daxil olmaqla, ölkənin 14 təhsil müəssisəsindən
33 komandanın iştirak etdiyi
1-ci seçim mərhələsində
balların 30 faizini toplamış 13 komanda (Azərbaycan Dövlət Neft Akademiyasının 2, Qafqaz Universiteti ilə Bakı Dövlət Universitetinin hərəsinin 4, Azərbaycan
Texniki Universiteti, Bakı Özəl Türk Litseyi və Elitar Gimnaziyanın hərəsinin1 komandası)
2-ci mərhələyə
keçib.
Olimpiadanın final mərhələsi bu il mayın
3-də Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya
Texnologiyaları İnstitutunda
keçiriləcək.
Qeyd edək
ki, ilk dəfə
ali məktəb tələbələri arasında
informatika üzrə Ümumrespublika Olimpiadası
ötən il keçirilib. 23 komandanın
iştirak etdiyi bu Olimpiadada Qafqaz Universitetini təmsil edən komanda qalib gəlmişdi.
525-ci qəzet.- 2008.- 8 aprel.- S. 3.