İnformasiya texnologiyalarının inkişafında birinciyik
Azərbaycan MDB-də lider ölkə olub
Azərbaycon Ümumdünya
İqtisadi Forumu tərəfindən hazırlanan
2007-2008-ci illər üzrə
"İnformasiya texnologiyalarının
qlobal inkişafı haqqında Hesabat"ın
cədvəlində 127 qabaqcıl , ölkə arasında
67-ci yeri tutub.
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin mətbuat xidmətindən verilən
məlumata görə,
Ümumdünya İqtisadi
Forumun 2006-2007-ci illər
üçün hazırladığı
analoji reytinqində Azərbaycan 122 ölkə
sırasında 71-ci yerdə
olub. İl ərzində hesabatda ölkələrin sayının
5 vahid artmasına baxmayaraq, yeni hazırlanan "Şəbəkə
hazırlığı" cədvəli üzrə Azərbaycan 4 pillə irəliləyib. Azərbaycan
bu cədvəldə bir çox nüfuzlu ölkələri,
o cümlədən Bolqarıstan,
Ukrayna, Qazaxıstan, Rusiya, Vyetnam, Argentina, Filippin, Pakistan, Moldova kimi ölkələri, həmçinin
Ermənistan (106-cı yer)
və Gürcüstanı
(91-ci yer) arxada qoyaraq MDB ölkələri
arasında lider olub.
Hesabatda dövlətlər ölkənin
texniki yeniliklərə
dair meyli, yüksək texnologiyaların
biznes və dövlət sektorunda tətbiqi səviyyəsi,
şəbəkə infrastrukturunun
inkişafı, eləcə
də fiziki və hüquqi istifadəçilərə təqdim
olunan İKT xidmətlərinin
sayı və keyfiyyəti kimi amilləri əsasında qiymətləndirilib. Birinci onluğa Danimarka,
İsveç, İsveçrə,
ABŞ, Sinqapur, Finlandiya,
Hollandiya, İslandiya,
Koreya Respublikası və Norveç daxil olublar. Hesabatın hazırlanmasında məqsəd
internet şəbəkəsinin inkişafına təsir edən amilləri müəyyan etmək, informasiya texnologiyalarının
inkişafında biznes
infrastrukturu və nizamlanma amillərini təhlil etməkdir.
Hesabat həmçinin ölkələrin
ümumi inkişaf tempini və rəqabət qabiliyyətlilik
potensialını əks
etdirir.
Şərq.- 2008.- 12 aprel.- S. 13.