Mərasimdə teatr, kino, musiqiçi, rəqs, təsviri sənət və ədəbi yaradıcılıq sahələri müzakirə olunacaq
Aprelin 17-dən 19-dək Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Gənclik" Beynəlxalq Turizm Mərkəzində
"Gənclik-gələcəyin səsi!" adlı
respublika görüş-seminarı keçiriləcək. Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun məlumatına əsasən,
görüş-seminarın
əsas məqsədi yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması, onların qabiliyyətinin inkişaf etdirilməsi üçün
əlverişli mühitin formalaşdırılması proseslərinin gücləndirilməsi, yaradıcı gənclərin mövcud
problemlərinin müzakirə edilməsi və yaxın gələcəkdə qarşıda duran əsas
vəzifələrin səmərəli həyata keçirilməsi yollarının müəyyən edilməsidir. Tədbirin açılış mərasimində mədəniyət və
turizm naziri Əbülfəs Qarayev iştirak edəcək. 100-ə yaxın
yaradıcı gəncin qatılacağı mərasimdə teatr, kino, musiqiçi, rəqs, təsviri sənət
və ədəbi yaradıcılıq sahələri üzrə
müzakirələr aparılacaq.
Səs.- 2008.- 17 aprel.- S. 12.