Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında Dənizkənarı
Bulvar İdarəsinin
fəaliyyətini təmin
etmək məqsədi
ilə qərara alıram:
1. “Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında Dənizkənarı
Bulvar İdarəsi haqqında əsasnamə”
təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında Dənizkənarı
Bulvar İdarəsinin
strukturu” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında Dənizkənarı
Bulvar İdarəsinin
aparatının işçilərinin
say həddi 30 ştat vahidi müəyyən edilsin.
4. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında Dənizkənarı
Bulvar İdarəsinin
tabeliyində olan qurumlar dövlət büdcəsinin vəsaiti
hesabına, həmçinin
özünümaliyyələşdirmə
prinsipləri əsasında
fəaliyyət göstərirlər.
5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki,
bir ay müddətində:
5.1. qüvvədə olan
normativ hüquqi aktların bu fərmana uyğunlaşdırılması
barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
5.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı
Bulvar İdarəsinin
fəaliyyətinin təşkili
və saxlanılması
ilə bağlı zəruri olan maliyyə və maddi-texniki təchizat məsələləri ilə
bağlı müvafiq
tədbirləri həyata
keçirsin;
5.3. bu fərmandan irəli gələn digər məsələləri
həll etsin.
6. Bu fərman dərc edildiyi gündən qüvvəyə
minir.
İlham Əliyev, Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 25 aprel 2008-ci il
Xalq qəzeti.- 2008.- 26 aprel.- S. 1.