Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 aprel tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi haqqında Əsasnamə


I. Ümumi müddəalar
1.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi (bundan sonra - İdarə) Bakı şəhərindəki dənizkənarı bulvarın (bundan sonra - dənizkənarı bulvar) vəziyyəti, mühafizəsi, qorunması, inkişaf etdirilməsi və bərpası sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
2. İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxd
ığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.
3. İdarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə f
əaliyyət göstərir.
4. İdarə müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
5. İdarənin saxlanılması xərcləri və fəaliyyətinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdc
əsinin vəsaiti və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.
6. İdarə Bakı şəhərində yerləşir.

II. İdarənin fəaliyyət istiqamətləri
7. İdarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:
7.1. dənizkənarı bulvara dair proqnozlaşdırma və planlaşdırma işlərini təşkil etmək və dənizkənarı bulvarın inkişafını təmin etmək;

7.2. dənizkənarı bulvarın vəziyyəti, mühafizəsi, qorunması və bərpası ilə bağlı zəruri tədbirləri, müvafiq ərazidə fiziki və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək;
7.3. dənizkənarı bulvarın tarixi simasının saxlanılmasını, ərazinin zəngin florasının və təbii landşaftının bərpasını və inkişaf etdirilməsini, turizm və rekreasiya üçün şəraitin yaradılmasını, respublika və şəhər əhəmiyyətli sosial-mədəni tədbirlərin keçirilməsini təmin etmək;
7.4. əhalinin mənəvi və estetik tələbatının, ödənilməsi, istirahətinin təşkili, sağlamlığının möhkəmləndirilməsi üçün şəraitin yaradılmasını, teatrlaşdırılmış tamaşa, kütləvi bayram və şənlikləri əhatə edən ədəbi-bədii proqramların, konsertlərin, musiqi və rəqs gecələrinin, beynəlxalq, respublika, şəhər və rayon sərgilərinin keçirilməsini, bədii kollektiv və yaradıcı birlikləri, dərnək və bölmələri, intellektual klubları, əhalinin, o cümlədən yeniyetmə və gənclərin kütləvi idman tədbirlərini, kross, estafet yarışlarını və idman bayramlarını, məlumat-reklam materiallarının nəşrini təşkil etmək;
7.5. tabeliyində olan qurumlar vasitəsilə dənizkənarı bulvarın bərpası, genişləndirilməsi və inkişaf etdirilməsi üçün tikinti, quraşdırma, təmir və restavrasiya işlərini, teatr-tamaşa, asudə vaxt, əyləncə və digər mədəni-kütləvi obyektlərin qurulmasını, bədən tərbiyəsi və sağlamlıq, kütləvi idman obyektlərinin, habelə mədəniyyət, istirahət və idmanla bağlı müxtəlif ödənişli xidmət sahələrinin yaradılmasını təşkil etmək;
7.6. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

III. İdarənin vəzifələri
8. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarənin vəzifələri aşağıdakılardır:
8.1. fəaliyyət istiqamətləri üzrə normativ tənzimləməni öz səlahiyyətləri çərçivəsində həyata keçirmək;

8.2. dənizkənarı bulvarın vəziyyəti, mühafizəsi, qorunması, inkişaf etdirilməsi və bərpası sahəsində dövlət proqramlarının və inkişaf konsepsiyalarının layihələrinin hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
8.3. digər icra hakimiyyəti orqanlarının İdarənin fəaliyyət istiqamətləri ilə bağlı fəaliyyətini öz səlahiyyətləri çərçivəsində əlaqələndirmək;
8.4. dənizkənarı bulvarın ərazisində yerləşən dövlət mülkiyyətində olan daşınmaz əmlak və digər obyektlərin istifadəyə (icarəyə) verilməsinə razılıq vermək, dənizkənarı bulvarın ərazisində yerləşən daşınmaz əmlak və digər obyektlər istifadəyə (icarəyə) verilərkən dənizkənarı bulvar üçün müəyyən olunmuş rejimə riayət edilməsinə nəzarət etmək;
8.5. dənizkənarı bulvarın ərazisində hər hansı bərpa, inşaat-təmir, rekonstruksiya, regenerasiya və konservasiya layihələrinin ekspertizasını keçirmək, müxtəlif qorunma tələbləri irəli sürmək, layihələrin həyata keçirilməsinə razılıq vermək və işlərin razılıq verilmiş layihə və tələblərə uyğun aparılmasının monitorinqini təşkil etmək;
8.6. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
8.7. əhalinin mənəvi və estetik tələbatının ödənilməsi, istirahətinin təşkili və sağlamlığının möhkəmləndirilməsi üçün şəraitin yaradılmasını təmin etmək;
8.8. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;
8.9. aidiyyəti üzrə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatına uyğun səmərəli istifadə olunmasını təmin etmək;
8.10. fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

8.11. dənizkənarı bulvarın ərazisində törədilmiş inzibati xətalar və digər hüquq pozuntuları barədə müvafiq dövlət orqanlarına müraciət etmək;
8.12. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını təmin etmək;
8.13. İdarənin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;
8.14. İdarənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

8.15. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV. İdarənin hüquqları
9. İdarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:
9.1. dənizkənarı bulvarın vəziyyəti, mühafizəsi, qorunması, inkişaf etdirilməsi və bərpası ilə bağlı normativ hüquqi aktların layihələrini hazırlamaq və ya onların haz
ırlanmasında iştirak etmək;
9.2. fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;
9.3. zəruri məlumatlar (sənədlər) almaq məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək;
9.4. dənizkənarı bulvarın ərazisinin qorunması və mühafizəsi sahəsində pozuntu hallarının aradan qaldırılması barədə icrası məcburi olan göstərişlər vermək və müvafiq tədbirlər görmək;
9.5. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək, sahə üzrə beynəlxalq təcrübəni öyrənmək;
9.6. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlil və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, təkliflər vermək;
9.7. fəaliyyətinin təşkili məqsədi ilə mütəxəssislərin seçilib yerləşdirilməsi və onların ixtisasının artırılması üçün müvafiq tədbirlər görmək;
9.8. həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
9.9. həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;
9.10. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. İdarənin fəaliyyətinin təşkili
10. İdarənin aparatı və tabeliyində olan qurumlar İdarənin vahid sistemini təşkil edir. İdarə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
11. İdarənin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin m
üəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
12. İdarənin strukturuna daxil olmayan tabeliyində olan qurumların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
13. İdarənin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfind
ən vəzifəyə təyin və vəzifədən azad edilən İdarənin rəisi rəhbərlik edir. İdarənin rəisi İdarəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
14. İdarə rəisinin
Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. İdarənin rəis müavinləri İdarənin rəisi tərəfindən onlara həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
15. İdarənin rəisi:
15.1. İdarənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
15.2. İdarənin aparatının struktur bölmələrinin əsasnamələrini, tabeliyində olan qurumların nizamnamələrini təsdiq edir;
15.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində İdarənin aparatının və tabeliyində olan qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;
15.4. İdarənin aparatının işçilərini, tabeliyində olan qurumların rəhbərlərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;
15.5. qanunvericiliyə uyğun olaraq, icrası məcburi olan əmr və sərəncamlar verir, səlahiyyətləri daxilində normativ hüquqi aktların icrasını təşkil edir və nəzarəti həyata keçirir;
15.6. İdarənin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

15.7. İdarəni təmsil edir;
15.8. İdarənin fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.
16. İdarədə İdarənin rəisindən (kollegiyanın sədri), onun müavinlərindən və İdarənin rəhbər işçilərindən ibarət tərkibdə kollegiya yaradılır. İdarənin kollegiyasının
tərkibinə həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.
17. İdarənin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
18. İdarənin kollegiyası öz iclaslarında İdarənin fəaliyyəti ilə bağl
ı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.
19. İdarənin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarənin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. İdarənin kollegiyasının q
ərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.
20. İdarənin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və İdarənin rəisi tərəfindən təsdiq edilir.
İdarənin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarand
ıqda İdarənin rəisi bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. İdarənin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
21. İdarənin kollegiyasının iclaslarına
zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların rəhbərləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilər.
22. İdarənin rəisinin, rəis müavinlərinin və aparatının işçilərinin əməyinin ödənilməsi
normaları və digər təminatları müvafiq olaraq Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin, rəhbər müavinlərinin və aparatının işçilərinin əməyinin ödənilməsi normalarına və təminatlarına bərabər tutulur.
23.
Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün İdarədə ictimai əsaslarla fəaliyyət göstərən Elmi-texniki şura yaradıla bilər. Elmi-texniki şura haqqında əsasnamə İdarənin rəisi tərəfindən təsdiq edilir.

Azərbaycan.- 2008.- 26 aprel.- S.7.