Azərbaycan Prezidenti
İlham Əliyev Biləsuvar rayonuna gəlmişdir
Xəbər
verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin
18-də Beyləqandan Biləsuvar rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə Cəbrayıl
rayonundan olan məcburi köçkünlər
üçün salınmış
qəsəbəyə gələrək,
buradakı Heydər Əliyev parkını ziyarət etdi, ulu öndərin büstü önünə
gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə məlumat verildi ki, 2004-cü ildə salınmış
parkın sahəsi 2 hektardır. Bu il parkda əsaslı
təmir işləri
aparılmış, əhalinin
istirahəti üçün
hər cür şərait yaradılmış,
fəvvarə quraşdırılmışdır.
Burada 3 minə yaxın ağac və bəzək kolları əkilmişdir.
Sonra dövlətimizin
başçısı burada
sakinlərlə görüşüb
söhbət etdi.
Qəsəbə sakini
(qadın): Xoş gəlmisən, gələn
qədəmlərinə qurban
olum. Atana da, Sənə də qurban olum.
Qəsəbə sakini
(kişi): Cənab Prezident, xoş gəlmisiniz. Sizi bu müqəddəs məkanda salamlayırıq.
Növbəti illərdə
də Sizi Prezident görmək istəyirik. Azərbaycanda
gedən böyük quruculuq işləri hamımıza məlumdur.
Qarşıdakı illərdə
bu işlərin davamı olacaqdır. Amma bu il
Azərbaycanda növbəti
prezident seçkiləri
keçiriləcəkdir. Çox
güman ki, prezidentlik həvəsinə
düşənlər tapılacaqdır.
Amma mən əminəm ki, əgər onların hamısı birlikdə ümumi seçicilərin
1 faiz səsini toplasa, adları ya “Qırmızı kitab”a, yaxud
da Ginnesin rekordlar kitabına düşəcəkdir. Bir
daha xoş gəlmisiniz. Biz cəbrayıllıların səsi
Sizə halaldır.
Qəsəbə sakini
(qadın): Cənab Prezident, Sənə atanın yolunu həmişə davam etdirməyi arzulayıram. Allah-taaladan arzum budur ki, həmişə
başın uca olsun, qəlbin açıq olsun. Biz cəbrayıllılar bu gün Səni
görməyimizə çox
sevinirik. Allah atana rəhmət eləsin, onun yolunu davam etdirirsən.
Qızın Leyla Moskvadadır, o, televizorda görünəndə
az qalıram duram, onun üzündən
öpəm. Birdən
qaçıb öpürəm
də, balamın torpağı haqqı. Prezident seçkilərində
bütün Cəbrayıl
camaatı Sənə
səs verəcək,
daimi Prezidentimiz olacaqsan. Əmin ola bilərsən. Cəbrayıl camaatını
Sənə, Səni də Allaha tapşırıram. Sağ
ol, başına dönüm.
Gedək bircə stəkan çayımızı
iç. Səngərdə
əsgərlərin yanında
çay içmisən
ha, onda da səni öpmüşəm.
Gedək, bircə stəkan çayımızı
iç.
Çay süfrəsi
arxasında davam etdirilən söhbət zamanı Prezident İlham Əliyev dedi: Təxminən beş il əvvəl
buraya gəlmişdim.
İlk qaçqın
qəsəbəsi məhz
burada açılmışdı.
Xatirimdədir, prezident
seçkiləri ərəfəsində
idi, onda Baş nazir idim.
Qəsəbə sakini
(qadın): Hə, onda mənim balamın adını daşıyan məktəbə
birinci girmisən. Ayaqlarına mən anan qurban.
İlham Əliyev: İndi bura gözəl bir məkan olubdur. Birinci qaçqın şəhərciyi indi abadlaşıb, şəkillərini
göstərmişdilər, gördüm ki, ağaclar əkilib.
Qəsəbə sakini
(kişi): Cənab Prezident, Siz Cəlilabad rayonuna getmişdiniz. Dediniz ki, dünyanın heç bir yerində bu gözəllik yoxdur. O gözəlliyi yaratmaq üçün gözəl
insanlar lazımdır.
O da Sizsiniz. Çox sağ olun ki, quruculuq-abadlıq işləri görürsünüz.
Qəsəbə sakini
(qadın): Bir stəkan çay iç. Mən heç yerdə məclisdə çay içməmişəm. Sənin
eşqinə burada çay içirəm. Hə, ürəyim sevindiyinə görə içirəm.
İlham ƏLiyev: Təzə qəsəbələr
salındı, böyük
işlər görülübdü.
Artıq buralarda 20 min nəfər Cəbrayıl köçkünü
məskunlaşmışdır. Mən çalışıram
ki, hər şey yaxşı olsun.
Qəsəbə sakini
(qadın): Bakıda gözəl körpülər
salırsan. Gedirsiniz uşaq evlərinə. Xanımına da mənim, hamımızın,
bütün köçkünlərin
salamını çatdırarsan.
O sadəliyinizlə ki,
körpələri qucağınıza
alırsınız, and
olsun Allaha, dağa dönürəm,
qaçıram televizorda
Sizi öpürəm,
bir də qayıdıram. Bizim belə Prezidentimiz var. Həmişə Allah Sənin kürəyində dursun, biz də Sənin
sayəndə dolanaq.
İlham Əliyev: Elə də olmalıdır. Biz hamımız çalışmalıyıq
ki, ölkəmizdə
işlər daha da yaxşı getsin və insanların sosial problemləri həll olunsun. Ehtiyac içində yaşayanlara,
kimsəsiz uşaqlara,
məcburi köçkünlərə
– yəni əziyyət
çəkən insanlara,
ilk növbədə qayğı göstərilməlidir.
Bu illər ərzində biz bütün çadır
şəhərciklərini ləğv etdik, biri də qalmayıbdır.
Birinci qəsəbə
burada salınmışdı,
sonuncu da burada salındı. 12 çadır şəhərciyi
indi yoxdur. Biz bunu 4 il
ərzində etmişik.
İndi Dövlət Proqramına əlavələr
edilibdir. Bu əlavələr nəticəsində
növbəti illərdə
təxminən 500 milyon
manat vəsait xərclənəcək ki,
hərbi hissələrin
ərazisində, fin evlərində, yararsız
halda olan yataqxanalarda yaşayanları
da belə evlərə köçürək.
Ev, məktəb, xəstəxana, tibb məntəqəsi, uşaq
bağçası, yollar,
elektrik enerjisi var. İndi mənə müraciət
edirlər ki, qaz xətti də çəkilsin. Onu da edərik.
Qazlaşdırmanı aparırıq.
Onu da edəcəyik
və rayon icra hakimiyyəti də burada yerləşəcəkdir. Bu
da məqsədəmüvafiq
olacaq, çünki Cəbrayıl rayonu əhalisinin üçdəbir
hissəsi buradadır.
İndi Azərbaycan həqiqətləri, yəni
ictimai-siyasi vəziyyət
belədir ki, insanlar hər şeyi görürlər.
O insanlar ki, işləyirlər, öz
əməli işləri
ilə adamlara qayğı göstərirlər,
xeyir gətirirlər,
onlar siyasi səhnədə olacaqlar.
O insanlar ki, ancaq necə deyərlər, boşboğazlıqla
məşğuldurlar, heç
bir sahədə heç bir müsbət addım atmayıblar, onlara nə siyasi səhnədə, nə də ictimai həyatda yer yoxdur. Bu, indi
reallıqdır. Bəzən
deyirlər ki, Azərbaycanda nə üçün müxalifət
yoxdur, nə üçün zəifdir.
Axı biz öz işimizlə vəziyyəti belə bir səviyyəyə gətirdik ki, indi insanlar özləri
bilirlər ki, kim nəyə qadirdir. Bilirsiniz ki, Azərbaycanda demokratiyadır, demokratik cəmiyyətdir, bütün
hüquqlar var, siyasi fəaliyyət sərbəstdir, söz azadlığı var, sərbəst toplaşmaq azadlığı var, yəni demokratik ölkəyə xas olan bütün şərait var. Sadəcə
olaraq, insanlar artıq çoxdandır yaxşını pisdən
ayıra bilirlər və real işləri
dəstəkləyirlər. Əgər mən bu dəstəyi hiss etməsəydim, bəlkə də, bütün bu işləri görmək
mümkün olmazdı.
İndi ölkəmiz
də güclənir, beynəlxalq
imkanlarımız artır,
iqtisadi baxımdan güclənmişik. Bütün
bu şəhərcikləri
biz nəyin hesabına saldıq? 56 qəsəbə tikilibdir.
56 qəsəbə - bu,
zarafat deyil! Bütün qəsəbələrdə
17 min ev var, yollar, infrastruktur
var.
Əli Həsənov (Dövlətqaçqınkomun sədri):
850 kilometr elektrik xətti, 560 kilometr yol, 480 kilometr su xətti – bunlar böyük bir şəhərin infrastrukturudur.
İlham Əliyev: Bütün bunları biz Azərbaycanın iqtisadi imkanları hesabına etmişik.
Qəsəbə sakini
(kişi): Onun da memarı Sizsiniz.
Əli Həsənov:
Yeni qəsəbələrdə
70 min məcburi köçkün yaşayır.
İlham Əliyev: 70 min və növbəti
illərdə də
200 mindən çox olacaqdır. Gərək hər kəs öz vəzifə borcunu yerinə yetirsin. Xalq mənə inanır, etimad göstərir. Mən də xalqa xidmət edirəm. Sizi də görməyimə çox şadam. Çox şadam ki, bu bölgə
də abadlaşıbdır.
Ancaq biz sizinlə Cəbrayılda
görüşəcəyik.
Qəsəbə sakinləri:
Allahın köməkliyi
ilə, balaca Heydər də böyük Heydər olacaqdır.
İlham Əliyev: O vaxt da gələcək
və biz öz siyasətimizlə, öz imkanlarımızla və güclənən ordu potensialımızla bu günü yaxınlaşdırırıq. Bu ədalətsizliyə dözmək mümkün
deyil. İndi daha da güclənməliyik
ki, istədiyimizə nail ola bilək.
Çox sağ olun.
Qəsəbə sakini
(qadın): Yenidən Prezident seçiləndən
sonra xanımınla Səni buraya gəzməyə dəvət
edirəm. Allahın köməkliyi ilə, başına dönüm.
Çox sağ ol.
Azərbaycan.- 2008.- 20 aprel.- S. 7.