Bakıda “Rus muzeyi:
virtual filial” informasiya-maarifləndirmə mərkəzi
Aprelin 9-da
Mədəniyyət və Turizm Nazirliyinin Muzey
Mərkəzində YUNESKO-nun Moskva bürosu Dövlət Rus
Muzeyi və Sankt-Peterburqun Xarici Əlaqələr üzrə
Komitəsi ilə birgə Azərbaycanda “Rus muzeyi: virtual
filial” informasiya-maarifləndirmə mərkəzini
açmışdır.
Bu münasibətlə keçirilən mərasimdə
Sankt-Peterburqla Bakı arasında canlı telekörpü
yaradılmışdır. Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev sankt-peterburqlulara müraciət
etmiş, qonaqları salamlamışdır. Əlamətdar
hadisə münasibətilə muzey əməkdaşlarını
təbrik edən nazir vurğulamışdır ki,
Azərbaycanda ilk dəfə Muzey Mərkəzində Rus
muzeyinin virtual filialının açılması
ölkələrimiz arasında qarşılıqlı
zənginləşmə prosesində mühüm rol
oynayacaqdır. O, diqqətə çatdırmışdır
ki, bu ilin mayında Muzey Mərkəzində multimediya
kinoteatrının açılması nəzərdə
tutulur. Bu, “Rus muzeyi: virtual filial” informasiya-maarifləndirmə
mərkəzinin inkişafında ilkin mərhələ
olacaqdır. Burada qonaqlar informasiya və virtual reallıq
texnologiyalarının ən son nailiyyətlərinin
tətbiqi əsasında yaradılmış proqramlarla, o
cümlədən Rus muzeyinin kolleksiya tarixinə dair
proqramlarla, Rus muzeyi binasının inşası və
bərpası tarixi ilə tanış olacaqlar. Bu
barədə multimediya filmləri nümayiş
etdiriləcəkdir.
Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 85
illiyi ilə əlaqədar Prezident İlham Əliyevin
sərəncam imzaladığını diqqətə
çatdıran Ə.Qarayev, bununla əlaqədar
Mədəniyyət və Turizm Nazirliyinin həyata
keçirdiyi tədbirlərdən
danışmışdır.
YUNESKO-nun Rusiyadakı Bürosunun mədəniyyət
sahəsi üzrə proqram mütəxəssisi Lyubava Moreyeva,
Rus muzeyi direktorunun müavini Natalya Kuleşova, SSRİ xalq
rəssamı Tahir Salahov, Rusiyanın Azərbaycandakı
səfiri Vasili İstratov, ölkəmizin Sankt-Peterburqdakı
baş konsulu Qüdsi Osmanov və başqaları
əlamətdar hadisə münasibətilə xoş
arzularını bildirmişlər.
Natalya Kuleşova
“Rus muzeyi: virtual
filial” barədə ətraflı
məlumat vermişdir.
Bildirmişdir ki, “Rus muzeyi: virtual filial” aparıcı muzey mütəxəssislərinin elmi,
maarifləndirmə və
metodiki işləmələri
əsasında yaradılmış
informasiya-maarifləndirmə mərkəzidir. Onun əlverişli və
yüksək keyfiyyətli
elmi və maarifləndirmə multimedia proqramları
müasir kompyuter texnologiyaları ilə təmin edilmişdir.
“Rus muzeyi:
virtual filial” informasiya-maarifləndirmə mərkəzinin hər bir istifadəçisi müasir elektron texnologiyalarından istifadə
etməklə muzeyin elmi potensialı - tədqiqatlar, atributlar və rus incəsənət
tarixinə və nəzəriyyəsinə dair
elmi məqalələrlə
təmin ediləcəkdir.
Layihə muzeyin kompleksinə daxil olan dörd saraya virtual səyahət etmək, onun çox nadir interyerini görmək və ekspozisiyası ilə
Layihədə məktəb yaşına
çatmamış uşaqlar,
məktəblilər, tələbələr
üçün də
xüsusi proqramlar nəzərdə tutulmuşdur.
Proqramlar
müasir muzey işinin bütün sahələrini əhatə
edir. Vaxtaşırı bu proqramların
Azərbaycan dilinə
tərcümə olunması
planlaşdırılır.
Multimedia texnologiyalarına qoşulmaq
müəllimlər və
muzey işçiləri
üçün öz
peşəkar fəaliyyətlərində
müasir tədrisin tələblərinə uyğun
olaraq yeni materiallar və iş formalarından istifadə etmək imkanı açacaqdır.
Əhalinin digər təbəqələrinə
gəlincə, multimedia texnologiyaları
vasitəsilə mədəni
irslə tanışlıq
cəmiyyətin mədəni
və estetik səviyyəsinin yüksəlməsinə
səbəb olacaqdır.
Mərasimdə vurğulanmışdır
ki, Muzey Mərkəzində “Azərbaycan
Muzey Mərkəzi: virtual
filial”ın yaradılması
da planlaşdırılır.
“Rus muzeyi:
virtual filial” layihəsinin gerçəkləşdirilməsi
və inkişaf etdirilməsi Azərbaycan ilə Rusiya arasında tarixən mövcud olmuş əlaqələrin möhkəmlənməsinə
və daha da inkişafına səbəb olacaqdır.
Xalq qəzeti.- 2008.- 10 aprel.- S. 2.