Heydər Əliyev muzeyinin açılışı

 

Aprelin 18- Beyləqan şəhərində Heydər Əliyev muzeyinin açılışı olmuşdur.
Prezident İlham Əliyev ulu öndərin adını daşıyan parkda yerləşən muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısına məlumat verildi ki, 200 kvadratmetrdən çox sahəsi olan muzeyin salonlarında Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünü müstəqil Azərbaycanın Prezidenti olduğu illəri əks etdirən fotoşəkillər vardır.
Heydər Əliyev beş dəfə – 1971, 1976, 1980, 1993 1994-cü illərdə Beyləqanda səfərdə olmuşdur.
Muzeydə həmin səfərlərlə bağlı eksponatlar ayrıca guşədə toplanmışdır.
Dövlətimizin başçısı muzeylə yaxından tanış oldu, xatirə kitabına ürək sözlərini yazdı.

Xalq qəzeti.- 2008.- 20 aprel.- S. 6.