Məhəbbətoğlu Q.
Cəfər
Cabbarlının ev-muzeyi təhlükə
qarşısındadır
Ədibin öz zəhməti ilə tikdirdiyi ev
yenidən qurulmasa, yaxın illərdə həmin bina daha
ağır fəsadlarla üzləşə bilər.
Ev-muzeyinə daxil olarkən binadakı eksponatlarla yanaşı, divarlardakı
çatlar da diqqəti cəlb edir. Bu çatların
əmələ gəlməsində
ev-muzeyinin beş-on metrliyində inşa olunmuş, eləcə də tikilməkdə olan çoxmərtəbəli
binalar da müəyyən rol oynayıb. Yeri gəlmişkən, onu qa qeyd edək
ki, çoxmərtəbəli
binaların mühasirəsinə
düşmüş 80 yaşlı
ev artıq xarici görkəmini də itirməkdədir. Binanın ətrafındakı
mənzərələr də
ürəkaçan deyil.
Bu mənada muzeyin yenidən qurulması, daha doğrusu, ətrafındakı
ansambla uyğunlaşdırılması
günün tələbidir
desək, yanılmarıq.
Əks halda, muzey ərazidə aparılan yenidənqurmanın
qurbanına çevrilə
bilər. Muzeyin baş elmi işçisi,
C. Cabbarlının nəvəsi
Qəmər Seyfəddinqızı
bizimlə söhbətində
ev-muzeyinin müasir durumu barədə Mədəniyyət və
Turizm Nazirliyini məlumatlandırdıqlarını söylədi. Bildirdi ki, hətta məsələ ilə bağlı nazirliyin nümayəndələri də
burada olublar. O, bu problemin tezliklə
öz həllini tapacağını, daha doğrusu, binanın təməlindən tutmuş,
damına qədər
yenidən qurulacağını
əminliklə dilə
gətirdi. “Bəs
bu, baş tutmasa, muzeyin əməkdaşları hansı
addımlar atmaq niyyətindədir?” sualına
isə o belə cavab verdi: “Gələn il Cəfər Cabbarlının 110 illik yubileyidir. Hər halda, ümid edirəm ki, bu əlamətdar yubileyə qədər müvafiq dövlət qurumları Cəfər Cabbarlının ev-muzeyini
onun adına layiq səviyyəyə gətirəcəklər”.
Daha sonra 1982-ci ildə Cəfər Cabbarlının ev-muzeyinin
Heydər Əliyevin təşəbbüsü ilə
açıldığını xatırladan Qəmər xanım bu binanın
sonuncu dəfə
1999-cu ildə təmir
olunduğunu söylədi.
O elə həmin ildə də Heydər Əliyevin Cəfər Cabbarlının
100 illik yubileyinin dövlət səviyyəsində
keçirilməsi ilə
əlaqədar sərəncam
imzaladığını da
qeyd etdi.
Belə bir vəziyyətin (divarlardakı dərin çatlar, qopmuş suvaqlar, tavanın damması, istilik sisteminin normal işləməməsi) ədibin
qiymətli əşyalarını
xarab olmaq təhlükəsi qarşısında
qoyduğunu dilə gətirən Qəmər
xanımın sözlərinə
görə, muzeydə
hazırda 8500 eksponat qorunur. Eksponatların
əksəriyyəti muzeyin
fondunda saxlanılır:
“Muzey yenidən qurulsa, genişləndirilsə,
fonddakı eksponatların
da bir qismini
ekspozisiyaya daxil etmək olar”. Qəmər xanımın
sözlərinə görə,
muzeyə yeni eksponatlar daxil edilməkdədir. Belə
ki, bu yaxınlarda
kinoşünas Aydın
Kazımzadə Cəfər
Cabbarlı ilə bağlı bir foto təqdim edib: “Həmin foto Cəfər Cabbarlının Rza Təhmasibin rejissorluğu
ilə çəkilmiş
“Balıqçılar” filmində
bir balıqçı
rolunda çəkildiyini
təsdiq edir. Təəssüf ki, o filmin harada
saxlandığı barədə
heç bir məlumat yoxdur”. O həmçinin muzeydə
problemlərin yaşanmasına
rəğmən, bura
gələnlərin sayının
azalmadığını dilə
gətirdi: “Lakin nə gizlədim, bəzən tavandan uçan suvaq parçaları ziyarətçilərimizin
üstlərinə düşməklə
onların ovqatlarını
pozur”. Həmsöhbətimiz
bu kimi çətinliklərə
baxmayaraq, Cəfər
Cabbarlı və digər mədəniyyət,
incəsənət xadimləri
ilə bağlı tədbirlərin mütəmadi
keçirildiyini dedi. “Cəfər Cabbarlının
həyat yoldaşı
Sona xanıma yazdığı “Olmasın”
şeirinə Emin Sabitoğlu musiqi bəstələmişdi. İndiyədək
heç yerdə səslənməyən həmin
mahnı aprel ayının 18-də, daha doğrusu, Emin Sabitoğlunun 70 illik yubileyi çərçivəsində elə bu ev-muzeyində xalq artisti Azər Zeynalovun ifasında təqdim olunacaq”.
Zaman.- 2008.- 17-18 aprel.- S. 9.