Muzeyin fondunda 500 minə qədər maddi tarixi nümunələr saxlanılır
Azərbaycan
Milli Elmlər Akademiyası nəzdində Arxeologiya
və Etnoqrafiya Muzeyinin binasında iki aydır
əsaslı təmir işləri davam edir. Artıq binada
söküntü işləri yekunlaşmış, kommunikasiya
vasitələri yenidən qurulmuşdur. Hazırda
binanın hər iki mərtəbəsində bərkitmə işləri aparılır. Ekspozisiya zalının beton örtüklü döşəməsi mərmərlə əvəz olunacaq, ikinci mərtəbədə isə parket döşəmə quraşdırılacaq, fasad hissənin görkəmi olduğu kimi saxlanılacaqdır. Muzeydə ilk dəfə
eksponatların bərpası
məqsədilə laboratoriya
da yaradılacaq. Bundan əlavə, eksponatların saxlanılması
üçün xüsusi
otaqlar ayrılacaq. Maddi-tarixi nümunələrin qorunması
və təhlükəsizliyinin təmin olunması
məqsədilə yeni
avadanlıq quraşdırılacaq. Hazırda
muzeyin fondunda daş dövründən orta əsrlərəqədərki dövrü
əhatə edən və qazıntılar zamanı
əldə olunan 500 minə qədər maddi tarix nümunələri saxlanılır. Ekspozisiya zalında
il ərzində tapılan nümunələrin nümayişinə üstünlük
veriləcəkdir. Xatırladaq ki, İtaliya memarlığı üslubunda tikilən binanın təməli XX əsrin
əvvəllərində
qoyulmuşdur. Buranın muzeyə çevrilməsi ümummilli
liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1983-cü ildə Bakıda belə bir muzeyin
açılmasına dair
göstəriş verilmiş, 1985-ci
ildə o, fəaliyyətə başlamışdır. Muzey 2008-ci ilin sonunda qapılarını yenidən qonaqlarının üzünə açacaqdır.
Səs.- 2008.- 5 aprel.- S. 12.