Azərbaycan Respublikasının Korçay Dövlət Tə­bi­ət Qoruğunun yaradılması haqqında

 

Azərbaycan Respub­li­ka­sı Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, səciyyəvi, nadir təbiət komplekslərinin obyektlərinin təbii vəziyyətdə qorunub saxlanılması məqsədi ilə qərara alıram:
1.
Azərbaycan Respublikasının Goranboy rayonu inzibati ərazisinin əlavə olunan sxematik planda göstərilmiş 4833,6 hektarlıq sahəsində Azərbaycan Respublikasının Korçay Dövlət Təbiət Qoruğu yaradılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 aprel 2008-ci il

 

Xalq qəzeti.- 2008.- 2 aprel.- S. 1.