Abdullayev A.
“Keşikçidağ”
mağaraları
Ölkə Prezidentinin
19 dekabr 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan
Respublikasının Quba rayonunun Xınalıq kəndinin tarixi
ərazisinin "Xınalıq" Dövlət
tarix-memarlıq və etnoqrafiya qoruğu, eləcə də
Ağstafa rayonunun ərazisindəki Keşikçidağ
silsiləsinin bir hissəsini əhatə edən mağaralar
kompleksinin "Keşikçidağ" Dövlət
tarix-mədəniyyət qoruğu elan edilməsi
keçmişimizi öyrənmək və müasirlik
baxımından böyiik əhəmiyyətə malikdir.
Gürcüstanla
sərhəddə yerləşən Keşikçidağ
silsiləsinin qəribə relyefi var, çoxsaylı arxeoloji
abidələrlə zəngindir... Bu mədəni-tarixi
ərazi ulu əcdadlarımızın sitayiş və
sığınacaq yeri olub. Burada irili-xırdalı 100-ə
qədər mağara var. Mütəxəssislərin
fikrincə, ərazidəki mağaralar 2.500 illik tarixə
malikdir. Qədim mağaralara baxdıqca
əcdadlarımızın dağ silsiləsinin
tərkində nələryaratdığına,
nələrə qadir olduğuna heyran olursan. Elə mağaralar var ki, ikimərtəbəlidir.
Mərtəbələrə qalxan yollar sənətkarlıq
baxımından diqqəti
çəkir. Ulu əcdadlarımız
dağın zirvəsindən yağış və qar sularının
hesabına novlarla mağaralara su gətiriblər. Hər birinin təxminən 8-10 ton tutumu olan quyular
indi də əvvəlki görkəmindədir.
Mağaranın özünəməxsus
gözətçi məntəqəsi
var. Buradan baxanda Keşikçidağ
silsiləsi, Ceyrançöl
və Qarayazı düzü aydın görsənir.
Ölkə Prezidentinin
sərəncamına əsasən burada qədim
tarixi-mədəniyyət abidəsinin qorunub saxlanması,
mühafizəsi, eləcə də turizmin inkişafı
üçün müvafiq tədbirlər həyata
keçirilir. Rayon mərkəzində
"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun
inzibati bina ilə təmin olunması üçün
yer ayrılıb. Yaxın
vaxtlarda ərazidə yaşıllıq, tikinti, abadlıq
və quruculuq işlərinə başlanılacaq,
Keşikçidağ silsiləsinə gedən 60 kilometrlik yol
yenidən qurulacaq.
Azərbaycan.- 2008.- 5 aprel.- S. 6.