Hökumət "Abidə qoruqlarının

nümunəvi əsasnaməsi haqqında" qanunu təsdiq edib

 

Nazirlər Kabineti "Abidə qoruqlarının nümunəvi əsasnaməsi haqqında" qanunu təsdiq edibdir. Yeni qanuna əsasən, xüsusi əhəmiyyətə malik arxeoloji, etnoqrafik komplekslər qoruq elan edilərək Mədəniyyət Turizm Nazirliyinin tabeliyinə veriləcək.

Hökumətin təsdiq etdiyi yeni qanuna görə, ölkənin arxeoloji, etnoqrafik, memarlıq, şəhərsalma digər xüsusi əhəmiyyətə malik kompleksləri qoruq elan olunur. Belə obyektlərin ərazisində yerləşən tarixi mədəniyyət abidələri, torpaq, su, yerin təki, bitki heyvanat aləmi mövcud qanunvericiliyə əsasən, təsərrüfat istifadəsindən mülki dövriyyədən tamamilə ya qismən çıxarılaraq qoruğun istifadəsinə verilir. Bundan sonra həmin qoruqların ərazisi qanunvericilikdə müəyyən edilmiş tələblərə əməl olunmaqla, tarixi mədəniyyət abidələrinin qorunması istifadəsi, elmi tədqiqat, xüsusi təlimlər, turizm istirahət məqsədləri üçün istifadə edilə bilər. Abidə qoruqları ərazisində həmçinin mədəni-kütləvi tədbirlər keçirilə bilər. Dövlət qurumları ilə müqavilə əsasında burada müvəqqəti daimi xidmət göstərən obyektlərin yaradılmasına da icazə verilir. Yəni ərazidə müxtəlif növ pullu xidmətlər vasitəsilə qanunvericiliyə zidd olmayan gəlir əldə oluna bilər.

 

Mədəniyyət.- 2008.- 3 aprel.- S. 2.