Şamilqızı Ü.

Azərbaycan epiqrafiq abidələr


Məşədixanım Nemətin kitabının 4-cü cildi nəşr olundu


Aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Nemətin "Azərbaycan epiqrafiq abidələrinin toplusu - Quba, Xaçmaz Cənubi Dağıstan abidələri" adlı kitabının 4-cü cildinin "Azərbaycanın maddi-mədəniyyət abidələri erməni terrorunun hədəfi kimi" adlı braşurunun BMM- təqdimat mərasimi keçirildi. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, görkəmli epiqrafçı alim, tarix elmləri doktoru, professor Məşədixanım Nemət 1948-ci ildən başlayaraq Azərbaycanın bütün tarixi ərazisini gəzib, ərəb qrafikasının müxtəlif xətləri ilə ərəb-fars-türk dillərində dədə-babalarımızın daşlara həkk etdikləri 2500-dən çox daş səlnamələrini oxuyub, Azərbaycanın iqtisadi-siyasi, sosial-mədəni tarixi, memarlıq, sənətşünaslıq, filologiya, islam-fəlsəfi-sufizm, toponimika, xalqımızın mənşəyinə dair külli miqdarda yeni dəqiq faktlarla Azərbaycan tarixşünaslığını zənginləşdirib.
Təqdimatı giriş sözü ilə açan "Elm Həyat" jurnalının şöbə müdiri Ülkər Hüseynova kitabın necə ərsiyə gəlməsi haqqında məlumat verdi: "M.Nemətin yazdığı "Azərbaycan epiqrofiq abidələri" çox cildli toplusu Azərbaycan tarixinin öyrənilməsində qiymətli mənbədir. O, Azərbaycanda olan 441 abidəni şəxsən gəzib-dolaşıb. Əsərin birinci cildində Bakı-Abşeronun ərəb-fars-türk dilli kitabələri (XI-XX əsrin əvvəli), ikinci cildində Şəki-Zaqatala bölgəsinin ərəb-fars-türk dilli kitabələri, üçüncü cildində Naxçıvan Muxtar Respublikasının ərəb-fars-türk dilli kitabələri öyrənilib. Məşədixanımın 14-cü əsrə həsr etdiyi kitabın ikinci cildi birincidən 10 il sonra işıq üzü görüb. Üçüncü Naxçıvan MR-na həsr olunmuş cildində 331 abidə haqqında yazılıb. Bu kitab haqqında alimlər, mütəxəssislər öz fikirlərini bildirəcəklər. Amma mən sözün əsl mənasında deyirəm ki, nəşr olunan bu kitab cildlərinin analoqu yoxdur. Çünki Məşədixanımın qadın olmasına, yağışlı-soyuq havalara belə baxmayaraq, o, bu abidələri, qəbirləri bir-bir tapıb, araşdırıb yazıb. Bu cür işləri həyata keçirmək hər insanın hünəri deyil, amma M.Nemət qadınlığıyla işlərin öhdəsindən gəlib indi bu araşdırmalar nəticəsində belə bir dəyərli kitab ərsəyə gəlib".
Bununla belə, Ülkər Hüseynova bildirdi ki, M.Nemət "Azərbaycanın epiqrafiq abidələri" toplusunun I, II, III cildlərinə görə, Küveyt Geynəlxalq İslam Xeyriyyə Təşkilatının elan etdiyi "BABTEYH" müsabiqəsinin qalibi olub 10 min dollarlıq mükafata layiq görülüb. Tədbirdə həmçinin M.Nemətin 500 tirajda nəşr olunan "Azərbaycan epiqrafiq abidələri" kitabı ilə birgə 250 sayda "Azərbaycanın elm mədəniyyət xadimləri (biblioqrafiya)" 500 nüsxədən ibarət olan "Azərbaycanın maddi-mədəniyyət abidələri erməni terrorunun hədəfi kimi" adlı braşurlar iştirakçılara təqdim olundu.
Məşədixanım Nemət öz çıxışında sözü gedən kitab haqqında söhbət açdı: "Mən tədbirdə iştirak edənlərə öz təşəkkürümü bildirirəm. "Azərbaycanın epiqrafiq abidələri" toplusunun bu yaxınlarda nəşr olunan IV cildi Quba-Xaçmaz Cənubi Dağıstan zonasının kitabələrinin tədqiqinə həsr olunub. Bu abidələrin tədqiq olunması əlbətdə ki, həm vaxt, həm diqqət tələb edir. Çünki bu elə bir sahədir ki, burada dəqiqlik olmalıdır. Əlbəttə ki, kitabın işıq üzü görməsi uzun illərlə aparılan tədqiqatlar nəticəsində ərə-ərsiyə gəlib. Bu cür tarixi araşdırmalar bəzən 10 illərlə vaxt aparır. Hazırda mən həmin çoxcildli toplunun V cildini nəşrə hazırlayıram". Bundan başqa təqdimatda AMEA-nın müxbir üzvləri Fəridə Məmmədova, Vəli Əliyev, elmlər doktoru Şamil Fətullayev digər ziyalılar çıxış edərək kitab haqqında öz fikirlərini söylədilər

 

Xalq cəbhəsi.- 2008.- 30 aprel.- S. 13.