Şamilqızı Ü.
Bakıda abadlaşdırma adı altında
tarixi abidələr dağıdılır
"İslam,
Demokratiya və İnsan Hüquqları" Mərkəzi
"Tarix, Mədəni və Təbii İrsi Qoruma"
İctimai Nəzarət Komitəsi ilə birgə aprelin 10-da
Beynəlxalq Mətbuat Mərkəzində "Tarixi
abidələrin məhv edilməsi, mövcud durum və
QHT-lərin növbəti fəaliyyəti" mövzusunda
mətbuat konfransı keçirdi. 2006-cı ildə 1969-cu ildən Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmiş, UNESCO tərəfindən
dünya mədəni
irsi siyahısına salınmış "İçəri
şəhər" qoruğunun
tərkib hissəsi olan və Səbail
rayonu, Nefçilər
prospekti 77, 79 və 81
ünvanlarında yerləşən
binalar tamamilə sökülüb. Bu binalar 27 aprel
1988-ci il Nazirlər Kabinetinin qərarı ilə mühafizə olunan tarixi-mədəniyyət
abidələridir. Hal-hazırda isə İçəri şəhərdə
digər binalar da sökülməkdədir.
Tədbirdə çıxış edən "Tarix, Mədəni və Təbii İrsi Qoruma" İctimai Nəzarət Komitəsinin
sədri Aytəkin İmranova bildirdi ki, bu hadisə
yeganə deyil, Bakı şəhərində
abadlaşdırma və
digər adlar altında tarixi abidələr kütləvi
şəkildə dağıntılara
məruz qalır:
"İçəri şəhərdə artıq neçə illərdir ki, kütləvi şəkildə "konstruksiya"
işləri gedir. Nadir, orta əsr
şəhərsalma mədəniyyəti
nümunəsi kimi
"İçəri şəhər"
tamamilə məhv olmaqdadır. Nəzərə
almaq lazımdır ki, tarixi abidələrin
sökülməsinin xüsusi
qaydaları var. Lakin məhv edilən bu tarixi abidələrin ağır texnika - buldozerlərlə sökülməsi
zamanı xüsusi qaydalara əməl olunmayıb. Elmi mənbələrə əsasən, İçəri
şəhərin tərkib
hissəsi olan bu abidələrin altında hələ aşkar olunmamış və tarix-mədəniyyətimiz
üçün çox
önəmli olan tapıntılar, özəlliklə
də müxtəlif istiqamətlərə yönələn
yeraltı yollar mövcuddur. Bu səbəbdən
hər hansı elmi-arxeoloji işlər aparılmadan, səlahiyyətli
qurumlarla razılaşdırma
işləri aparmadan abidələrin diğıdılması
Azərbaycan tarixini, həmçinin dünya tarixini dəyərli tapıntıları aşkarlamaq
imkanından məhrum
edir".
A.İmranovanın sözlərinə əsasən,
qeyd edilənləri nəzərə alan bir sıra hüquqşunas,
QHT və KİV təmsilçisi
mədəniyyət hüququnun
pozuntusu barədə iddia ərizəsi ilə bu ilin
yanvarında Səbail
Rayon Məhkəməsinə
müraciət ediblər:
"Səbail Məhkəməsinin
hakimi Alim Namazov fevralda iddia ərizəsini ona əlavə olunan sənədlərlə
bir yerdə geri qaytarıb. Hakim iddia ərizəsinin geri qaytarılmasını
əsası kimi iddia ərizəsinin forma və məzmununun
Mülki Prosessual Məcəllənin tələblərinə
uyğun olmadığı
ilə əsaslandırıb.
İddiaçılar bu
qarardadı qanunsuz hesab etdikləri üçün şikayət
veriblər. Şikayətdə
qarardadı çıxaran
hakimdən qərardadın
ləğv edilməsi xahiş edilib. Qərardad yenə də ləğv edilməyərək,
Apellyasiya Məhkəməsinə
göndərilib. Apellyasiya Məhkəməsi
martda iddiaçıların
şikayətini təmin
etməyərək, Səbail
Rayon Məhkəməsinin
qərardadını qüvvədə
saxlayıb. İddiaçılar
bü günə qədər bu məsələylə bağlı
hər hansı işlərin görülməsi
üçün əlindən
gələni edir, amma iddia ərizəsiylə
müraciət etdikləri
məhkəmə isntansiyaları
onların lehinə bir qarar qəbul
etmir. Bu səbəbdən də iddiaçılar bununla bağlı heç bir tədbir həyata keçirə bilmirlər".
A.İmranova vurğuladı ki,
8 aydan artıqdır ki, apellyasiya şikayətləri barəsində
heç bir məlumat ala bilməyən iddiaçılar
bu il aprelin
10-da qanunvericiliyin tələblərini
kobud şəkildə
pozan hakimlər barəsində intizam icraatının başlanması
üçün Məhkəmə-Hüquq Şurasına və hakimlər haqqında intizam icraatının başlanması
barədə Məhkəmə-Hüquq Şurasına müraciət etmələri
üçün Ali Məhkəməyə və
Ədliyyə Nazirliyinə
müraciət ediblər.
Bundan başqa iddiaçılar
mədəniyyət hüququnun
pozuntusu ilə bağlı məhkəmə
araşdırması üçün
zəruri olan sənəd və məlumatları əldə
etmək məqsədilə
Bakı şəhər
İcra Hakimiyyəti,
Nazirlər Kabineti yanında İçərişəhər
Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsinə,
Səbail rayon İcra Hakimiyyətinə
informasiya sorğuları
göndəriblər. Bu
sorğuya cavab verilməyib.
Xalq cəbhəsi.- 2008.- 11 aprel.- S. 11.