Vahidoğlu O.

 

Tarixi tikililər Bakının rəmzləridir

Son illər Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı həyatın bütün sahələrində açıq-aşkar müşahidə olunur. Azərbaycan indi yalnız tükənməz karbohidrogen ehtiyatları mənbəyi kimi deyil, həm Şərqlə Qərbin qovuşuğunda iqtisadi, sosial mədəni cəhətdən hərtərəfli inkişaf etməkdə olan ölkələrdən biridir. Bakı bu günlər öz gözəlliyini, əsl meqapolis həyatını yaşayır.
Prezident İlham Əliyev respublikanın şəhərlərinin xarici görünüşü, abadlaşdırılması, yaşıllaşdırılması, infrastruktur problemlərinin həlli ilə bağlı daim fikirlər səsləndirir. Şəhər kəndlərimizin abadlaşdırılması, əhalinin sosial problemlərinin qısa müddətdə həlli dövlət başçısı İlham Əliyevin quruculuq siyasətinin mühüm hədəflərindəndir. Paytaxtda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin yol ayrıcılarının tikilməsi, dairəvi yolun çəkilməsi, yeraltı keçidlərin salınması prinsipcə sosialyönümlü tədbirlərdəndir. Bu körpülər, abadlaşan yollar paytaxtın nəqliyyat arteriyasının nizamlanmasına, tıxacların aradan qaldırılmasına xidmət etməklə Bakıya bir gözəllik, yenilik bəxş edir. Yolların, körpülərin müasir texniki göstəricilərə uyğun istismarı, bu mürəkkəb qurğuların qorunması da mühüm əhəmiyyət kəsb edir.
Paytaxta məhəbbət, Bakının simasının qorunub saxlanması, memarlıq ənənələrinə sədaqət ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın davamı kimi bu gün Prezident İlham Əliyevin fəaliyyətində mühüm yer tutur. Aparılan abadlıq işləri nəticəsində paytaxtımız nəinki öz gözəlliyini qoruyub saxlayacaq, hətta dünyanın ən yaraşıqlı, görkəmli guşələrindən birinə çevriləcək. Prezident İlham Əliyev məhz bu həqiqətə söykənərək paytaxtın inkişafı, gözəlləşdirilməsi ilə bağlı mühüm addımlar atır. 2007-ci il aprelin 2- ölkə başçısının imzaladığıAzərbaycanda monumental heykəltəraşlıq abidələri, xatirə, monumental memarlıq kompleksləri haqqındasərəncam bu baxımdan olduqca qiymətlidir. Sərəncam görkəmli sənətkarlarımızın yaratdıqları sənət nümunələri insanların tarixi-mənəvi dəyərlərə hörmət məhəbbət ruhunda tərbiyə olunmasında, onlarda vətənpərvərlik hissinin gücləndirilməsində böyük əhəmiyyət kəsb edir. Bu sərəncamın icrası ilə bağlı həyata keçirilən tədbirlər, eləcə paytaxt sakinlərinin qonaqlarımızın həmişə böyük sevinc qürur hissi ilə üz tutduqları Yaşıl Teatrın, Azərbaycan Tarixi Ədəbiyyatı muzeylərinin təmiri, Heydər Əliyev Sarayına yeni həyat verilməsi paytaxtımızın hüsnünə zəngin çalarların əlavəsi kimi dəyərləndirilməlidir. Milli Parkda aparılan yenidənquma işləri Bakı sakinləri qonaqlarının istirahətinin yüksək səviyyədə təminatından xəbər verir. Milli Parkda yeni çəmənliklər salınacaq, müxtəlif çeşidli gül kolları əkiləcək, ən müasir standartlara cavab verən yeni attraksionlar quraşdırılacaq.
Bakı tarixən neft diyarı kimi tanınıb. Vaxtilə Qara şəhər kimi tanınan Bakı neft milyonçularının var-dövlət mənbəyi olmaqla yanaşı, Azərbaycanda yaşayan hər kəsin qürur ünvanı kimi tarixə düşüb. O dövrün tikililərindən olan Səadət sarayı, İsmailiyyə binası, Tarix muzeyi, Bakı meriyasının binası, “Monolitadlanan yaşayış evi, M.F. Axundov adına Respublika Dövlət Kitabxanası, Dövlət Dram Teatrı, Ədliyyə Nazirliyinin, Texniki Universitetin binaları digər memarlıq abidələri Bakıya xüsusi yaraşıq verir.
Bakı, həqiqətən, qədim müasir Avropa ilə Asiya ekzotikasının vəhdətini əks etdirən dünya şəhərləri sırasındadır. Son vaxtlar şəhərin mərkəzi küçələri boyunca sıralanan 100-150 il əvvəl inşa olunan binaların üzlük daşlarının təmizlənməsi, yuyulması rənglənməsi şəhərin görkəmini tamamilə dəyişir. Uzun illər boyu ekoloji çirklənməyə məruz qalan binalara sanki ikinci həyat verilir.
Ölkə başçısı İlham Əliyev Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban ƏliyevaİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğunda, Dövlət filarmoniyasının yerləşdiyi
bağda, dənizkənarı Milli Parkda ətraf ərazilərdə aparılan bərpa yenidənqurma işləri ilə tanış olarkən dövlət başçısı prosesində tarixi tikililərin memarlıq üslubuna xələl gətirilməməsini bir daha tövsiyə etdi. Bu, bir daha ölkə rəhbərinin keçmişimizə, tarixi dəyərlərimizə necə həssaslıqla, hörmətlə yanaşdığını bariz şəkildə göstərir.
Paytaxt küçələrinin, yollarının təmiri, tikintisi istiqamətində dövlət başçısının tapşırıqlarına əsasən ölkədə yol, nəqliyyat infrastrukturunun müasir səviyyəyə çatdırılması üçün çox mühüm işlər görülür. Yolların yenidən qurulması, infrastrukturun təkmilləşdirilməsi istiqamətində görülən işlər gələcəkdə davamlı olaraq həyata keçiriləcək.

İki sahil.- 2008.- 12 aprel.- S. 5.