Qubada
bərbad hala düşmüş tarixi-memarlıq abidəsi
bərpa edilib
Aprelin 7-də Quba rayonunun Rustov kəndində yerli əhəmiyyətli tarix-memarlıq abidəsi sayılan məscidin əsaslı bərpadan sonra açılış mərasimi
olacaq. Nazirlər Kabinetinin qərarına əsasən Quba rayonunda 162, o cümlədən 1 dünya
əhəmiyyətli (memarlıq),
44 ölkə əhəmiyyətli
(5 memarlıq, 39 arxeoloji)
və 117 yerli əhəmiyyətli ( 82 memarlıq, 30 arxeoloji, 5 bağ, park və monumental xatirə abidəsi) abidə dövlət tərəfindən mühafizə
olunur. Həmin qərarla rayonun Rustov kəndindəki məscid yerli əhəmiyyətli memarlıq
abidəsi kimi qorunur.
Məscid 1902-ci ildə, bişmiş kərpicdən inşa olunub. Məsciddə tikildiyi tarixdən indiyə kimi heç bir bərpa işi aparılmayıb və abidə qəza vəziyyətinə düşdüyündən
dağılmaq təhlükəsi
ilə üz-üzə qalıb. Bununla əlaqədar Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə yeni bərpa layihəsi hazırlanıb
və bərpa işlərinə tez bir zamanda başlanılıb.
Demək olar ki, məscid yeni ornamentlərlə, yeni görkəmi ilə əvvəlki görkəmindən daha yaxşı vəziyyətdədir.
İbadətə gələnlərə
şərait yaradılması
məqsədilə məscidin
yaxınında yardımçı
bina tikilib.
Regionların sosial-iqtisadi inkişafı
dövlət proqramına
əsasən yaxın
illərdə Quba rayonunda "Gümbəzli
hamam"ın, həmçinin I Nügədidəki
məscidin bərpası
nəzərdə tutulub.
525-ci qəzet.- 2008.- 5 aprel.- S. 32.