Bakıda 7ci beynəlxalq turizm 2-ci hotel biznesi sərgiləri açılmışdır

 

AzərTAc xəbər verir ki, aprelin 16-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində 7-ci Azərbaycan "Səyahət Turizm" 2-ci Azərbaycan "Hotel biznesi" beynəlxalq sərgiləri açılmışdır. "İteca Kaspian" şirkətinin, Mədəniyyət Turizm Nazirliyinin, Azərbaycan Ticarət Sənaye Palatasının, Azərbaycanda İxracatın İnvestisiyaların Təşviqi Fondu, Turizm Sərgilərinin Təşkilatçıları Assosiasiyası tərəfindən keçirilən sərgilərdə 28 ölkədən 65 şirkət təmsil olunmuşdur.
Açılış mərasimində çıxış edən mədəniyyət turizm naziri Əbülfəs Qarayev bildirmişdir ki, turizm sektorunun inkişafı respublika rəhbərliyi tərəfindən iqtisadiyyatın öncül istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Sahənin hərtərəfli inkişafı, ölkəmizin turizm imicinin yüksəldilməsi məqsədilə yaraşıqlı istirahət obyektləri ucaldılır, bölgələrdə infrastruktur təkmilləşdirilir. Hazırda ölkəmizdə çoxlu sayda hotelin inşa olunduğunu deyən nazir bütün mehmanxana obyektlərinin lisenziyalaşdırılacağını bildirmişdir. O, həmcinin Azərbaycana gələn turistlərin sayının ilbəil artdıgını soyləmişdir.
Sərgidə nümayiş olunan ən maraqlı stendlərdən biri "Qarabağ-cənnət diyarı" adlı ayrıca ekspozisiya olmuşdur. Ekspozisiyada qədim Qarabağın tarixini, incəsənətini əks etdirən maddi mədəniyyət nümunələri nümayiş etdirilir.
"Mehmanxana biznesi" sərgisinin iştirakçıları arasında isə mehmanxanalar, konqres-hollar, istirahət evləri, restoranlar, barlar, klublar əyləncə mərkəzləri üçün texnologiyalar, materiallar, avadanlıq xidmət istehsalçıları tədarükçüləri var.
Sərgilərin ilk günündə "Şərab mədəniyyəti turizm mübadiləsi" beynəlxalq mədəniyyət-turizm marşrutunun təqdimatı olmuşdur. Layihə çərçivəsində "Azərbaycanın Şərab yolları" adlı təqdimatla çıxış edən Azərbaycan Mədəniyyət Turizm Nazirliyi ölkəmizdə şərabçılıqla məşğul olan regionların məhsullarını nümayiş etdirmişdir. Təqdimat mərasimindən sonra hər bir qonaq Azərbaycan şərablarından dadmaq imkanı qazanmışdır.
Müxtəlif ölkələrdə şərabçılıq ənənələrini təbliğ etmək məqsədi ilə hazırlanan bu layihəni Avropa Şurası dəstəkləmişdir. Layihə Azərbaycan, Gürcüstan, Rusiya, Turkiyə, Moldova, Ukrayna, Gürcüstan Serbiyada turizmin inkişafına yönəldilmişdir.

 

Azərbaycan.- 2008.- 17 aprel.- S. 5.