Sevil

 

185 mehmanxanaya lisenziya verilib

 

Əbülfəs Qarayev: 7 il ərzində Azərbaycanda turizm çox inkişaf edib

 

Cari il ərzində paytaxtda regionlarda daha 3 mehmanxana istifadəyə veriləcək. Ümumiyyətlə, Azərbaycanda 320 mehmanxana mehmanxana tipli obyekt fəaliyyət göstərir
   
   Dünən İdman-Konsert Kompleksində VII Azərbaycan beynəlxalq səyahət turizm sərgisinin ("AİTF - 2008") açılış mərasimi keçirildi.
Mərasimdə çıxış edən mədəniyyət turizm naziri Əbülfəz Qarayev bildirdi ki, bu il sərgidə 28 ölkə turizm potensialını nümayiş etdirir. 2002-ci ildə keçirilən analoji sərgidə 10 şirkətin iştirak etdiyini deyən nazirin sözlərinə görə, ilbəil sərgiyə qatılan şirkətlərin sayı artır. Sonra Ə.Qarayev qeyd etdi ki, sərgi çərçivəsində müxtəlif yeni layihələrin təqdimatı keçiriləcək. Nazir gələn il Azərbaycan şirkətlərinin bu sərgiyə daha fəal qoşulacağına əmin olduğunu vurğuladı. Onun sözlərinə görə, 7 il ərzində Azərbaycanda turizm çox inkişaf edib.
Nazir onu da bildirdi ki, bu il aprel ayının 1-nə kimi 185 mehmanxanaya lisenziya verilib. Hazırda ölkədə 238 turizm şirkəti fəaliyyət göstərir. Cari il ərzində paytaxtda regionlarda daha 3 mehmanxana istifadəyə veriləcək. Ümumiyyətlə, Azərbaycanda 320 mehmanxana mehmanxana tipli obyekt fəaliyyət göstərir. "İteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov sərginin ekspozisiya sahəsinin ötənilki sərgi ilə müqayisədə 50 faiz artdığını bildirdi. Sərgidə Türkiyə, İsveçrə, Yunanıstan, Rusiya, Çexiya, Avstriya, İtaliya, Ukrayna, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Misir, Maldiv digər ölkələrdən olan şirkətlərin hava yolları agentlikləri, idman turizmi, avtobus turları, pansionat sanatoriyaları, hava limanında servis xidmətləri digər sahələri nümayişlənir. Azərbaycanı sərgidə Nabran, Quba, Lənkəran, Şəki, Şamaxı, Şəmkir digər regionlarda fəaliyyət göstərən mərkəzlər, otellər, habelə turizm şirkətləri təmsil edir. F.Məmmədovun sözlərinə görə, sərgi ilə paralel olaraq II Azərbaycan beynəlxalq otel biznesi sərgisi ("HotelExpo") keçirilir. Aprelin 18-dək davam edəcək sərginin təşkilatçısı Böyük Britaniyanın "İTE Group" şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan "İteca Caspian"dır. Sərgi Mədəniyyət Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı, Azərbaycan Ticarət Sənaye Palatası, Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəsmi dəstəyi ilə keçirilir.

 

Həftə içi.- 2008.- 17 aprel.- S. 6.