Rzalı R.
VII Azərbaycan Səyahət və Turizm Sərgisi
keçiriləcəkdir
Bu gündən aprelin
18-nə kimi Heydər Əliyev adına İdman və
Sərgi Kompleksində 7-ci Azərbaycan Səyahət və
Turizm Sərgisi - "AİTF 2008" keçiriləcək. Respubilka Mədəniyyət və
Turizm Nazirliyi, Ümumdünya Turizm Təşkilatı, Azərbaycan
Respublikası Ticarət
və Sənaye Palatası, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi
Fondu və Turizm Sərgilərinin Təşkilatçıları Assosiasiyası sərgiyə
rəsmi dəstək
vermişlər. Sərgi təşkilatçıları
İteca Caspian LLC və İTE Group Pıc şirkətləridir.
Ötən gün bu məqsədlə Beynəlxalq Mətbuat Mərkəzində keçirilən
mətbuat konfransında
Mədəniyyət və
Turizm Nazirliyinin idarə rəisi Aydın İsmiyev bildirdi ki, sərgidə
dünyanın 28 ölkəsindən 65 şirkət
iştirak edəcək.
"AİTF 2008" bir neçə
bölmə üzrə
xidmət və məhsullar təqdim edəcək. Buna hava yolları və avia agentliklər,
avtobus turları, tur operatorları, fəal istirahət, idman turizmi, təhsilləndirici turizm,
işgüzar və intensiv turların təşkili, hava limanında servis xidmətləri, avtomobillərin
icarəsi, mehmanxana və sanatoriyalar üçün avadanlıq,
mehmanxana, pansionat və sanatoriyalar, sığorta və bank xidmətləri və sair aiddir.
Sərgidə ölkələr
təkcə kommersiya təşkilatlarını deyil,
həm də öz ölkələrinin
turizm potensialını
nümayiş etdirən
milli stendlər də təqdim edəcək.
Azərbaycan şirkətləri
də bu sərgidə fəal təmsil olunacaqlar. Azərbaycanın müxtəlif zonalarında,
o cümlədən Quba, Nabran, Lənkəranda
istirahət təklif edən daimi sərgi iştirakçıları
ilə yanaşı, bu il tədbirə
Qəbələ, Gəncə,
Şamaxı və Şəki bölgələri
də qoşulmuşdur.
Ənənəvi olaraq
sərgidə Qarabağ
stendi də təqdim olunacaq. Stenddə qonaqlar həmin regionun mədəni-tarixi irsi ilə tanış
ediləcək. Sərgi
iştirakçıları sırasında Avstriya, İtaliya, BƏƏ, Yunanıstan,
Rusiya, Misir, İsveçrəni və
Maldiv adalarını təmsil edən şirkətlər də var.
"AİTF 2008" sərgisinin əsas məqamı "İpək yolu" layihəsində iştirak
edən İslam Konfransı Təşkilatının
üzv ölkələrinin
tur operatorlarının
iştirakı ilə
keçirilən forum
olacaq. Bu çərçivədə sərgidə
iştirak edən milli stendlərin açıq təqdimatları
da keçiriləcək.
Milli stendlər öz ölkələrinin
mədəni-tarixi irsini və turizm potensialını təqdim edərək ən maraqlı və elit istirahət
və əyləncə
yerləri haqqında məlumat verəcəklər.
Yerli şirkət və təşkilatlar ölkəmizin fəal istirahət sahələrinə
dair öz yeni layihələri və istiqamətlərini
təqdim edəcək.
Builki sərginin maraqlı hadisələrindən
biri İtaliya, Yaponiya, İordaniya,
BƏƏ, Kamerun, Türkmənistan
və Tacikistan nümayəndə heyətləri
üçün Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən
təşkil olunmuş
məlumatlandırma turu
olacaq. Bu, qonaqları regionun turizm potensialı ilə tanış etmək məqsədi daşıyır.
Mətbuat konfransında təşkilatçılar
ümid etdiklərini bildirdilər ki,
"AİTF 2008" Səyahət və Turizm Sərgisi bu il də işgüzar
əməkdaşlığın genişlənməsinə və
turizm xidmətlərinin
keyfiyyətinin artırılmasına
təkan verəcək.
Sərginin meneceri Xəyal Əliyeva bildirdi ki, eyni
tarixdə Heydər Əliyev adına İdman və Sərgi Kompleksində ölkəmizdə ikinci dəfə otel biznesi mövzusunda da sərgi keçiriləcək.
Sərginin ekspozisiya sahəsi keçən ilə nisbətən bu dəfə 50 faiz artmışdır:
"Hamımız yaxşı
bilirik ki, turizm infrastrukturunun əsasını otellər
və mehmanxanalar təşkil edir. Ona görə də ölkəmizdə belə bir sərginin
keçirilməsinə ehtiyac
duyulurdu. Otel biznesi sərgisi 23 ən iri aparıcı
istehsalçı və
təchizatçılarını bir araya toplayaraq
mehmanxanalar, istirahət
evləri, sanatoriyalar,
restoranlar, şadlıq
evləri, kafe, bar və yeməkxanalar
üçün məhsul
və xidmətlərini
təqdim edəcək.
Sərgidə iştirak
edən şirkətlər
ən yeni avadanlıq, trenojor və idman zalları,
oyun aparatları, mebel, parça, yuyucu və təmizləyici vasitələri,
habelə qonaqpərvərlik
və evdən kənarda qidalanma üçün qab-qacaqlar
təqdim edəcək.
Belçika, Misir, İtaliya, Türkiyə, Almaniya və Azərbaycan şirkətləri
Ratondi, National, Tolkar, Electrolux, Zamussi, Winterhalter,
Azərbaycan.- 2007.- 16 aprel.- S. 5.