Mədəniyyət problemlər və perspektivlər
II
Respublika elmi konfransı keçirilib
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində "Mədəniyyət:
problemlər və perspektivlər" mövzusunda
II respublika elmi konfransı keçirildi. Tədbir universitetin 85 illiyinə həsr olunmuşdur. Tədbiri giriş sözü ilə universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, sənətşünaslıq namizədi,
dosent Rafiq Səmədov açaraq, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti 85 il müddətində şərəfli yol
keçdiyini bildirdi.
Təhsil ocağının, ümumilikdə, mədəniyyətin bütün sahələrini özündə birləşdirdiyini, burada 40-a yaxın ixtisas
üzrə mütəxəssis hazırlandığını, Azərbaycanın mədəniyyət
və incəsənət sahəsinə peşəkar aktyorlar, musiqiçilər, rejissorlar və digər
sənət sahibləri bəxş etdiyini qeyd etdi. Rafiq Səmədov bu il
ulu öndər Heydər
Əliyevin anadan olmasının 85-ci ildönümü
olduğunu vurğulayaraq,
bu iki əlamətdar hadisə ilə əlaqədar universitetdə xüsusi proqramın hazırlandığını, silsilə tədbirlərin
keçiriləcəyini bildirdi.
85 illik zəngin tarixə
malik olan Azərbaycan mədəniyyətinin,
incəsənətinin inkişafında misilsiz
xidmətləri ilə
seçilən,
1923-cü ildə Xalq Maarif Komissarlığının qərarı ilə
teatr məktəbi kimi
fəaliyyətə başlayan bu təhsil ocağı 1945-ci ildə Teatr İnstitutu, 60-cı illərin
sonlarında M.A.Əliyev adına
İncəsənət İnstitutu, 1991-ci ildən isə geniş profilli olduğu nəzərə alınaraq, ilk olaraq, Azərbaycan Dövlət Universiteti, sonra Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universiteti adlandırılıb. Bütün
fəaliyyəti dövründə ölkəmizin mədəni-ictimai həyatında
önəmli yerlərdən
birini tutmuş Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti hazırda respublikada
mədəniyyət və
incəsənətin, demək
olar ki, bütün sahələri üçün
yüksək-səviyyəli mütəxəssis hazırlayan, geniş yaradıcılıq imkanlarına, elmi-metodiki
bazaya malik olan yeganə
ali təhsil müəssisəsidir.
Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universiteti yüksək ixtisaslı, geniş elmi və yaradıcılıq potensialına malik
olan professor-müəllim heyətinə
malikdir. Universitetdə 13 elmlər doktoru, professor,
16 xalq artisti, 51 elmlər namizədi, dosent, 23 əməkdar artist
çalışır. Xüsusi
istedada malik olan gənclər burada aktyor, rejissor, kino və televiziya operatoru, menecer, müğənni, teatrşünas,
kinoşünas, nəşriyyat-poliqrafiya
işçisi, beynəlxalq
mədəni əlaqələr
üzrə ekspert və digər ixtisaslara yiyələnir,
Azərbaycanı müxtəlif
ölkələrdə yüksək
səviyyədə təmsil
edirlər. Türkiyə,
ABŞ, Almaniya, Macarıstan,
Avstriya, İtaliya və digər ölkələrlə sıx,
qarşılıqlı əlaqələr
yaratmış universitet,
həmçinin, 372 üzvü
olan Avropa İncəsənət Universitetləri
Liqasının - ELİA-nın həlləedici səsə malik tamhüquqlu üzvüdür.
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
bir qrup tələbə və magistri - Aynur Əsgərova "Azərbaycanda
radionun yaranma və inkişaf tarixi", Elnurə Kazımzadə "Kiş
tarix-memarlıq qoruq
muzeyi tarixi abidə kimi", Rinat Əlişanov
"Turizmin elmi-kulturoloji
mahiyyəti və onun ilk şərtləri",
Vüsalə Məmmədova
"Rasim Balayev yaradıcılığında "Dədə Qorqud" filminin rolu" məruzələri ilə
çıxış etdilər.
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
"Muzeyşünaslıq" kafedrasının müdiri
professor Ramiz Ağayev
ali təhsil
ocağının rəhbərliyi
və həmkarlar təşkilatı adından
bir qrup dissertantı elmi-tədqiqat
işlərində fərqləndiklərinə
görə universitetin
Fəxri fərmanı
ilə təltif etdi. Digər tələbə və magistrlərə isə kitab hədiyyə edildi.
Səs.- 2008.- 19 aprel.- S. 12.