Mədəniyyət
və İncəsənət
Universitetinin tələbələri
mükafat qazanıblar
Hər il tədris
ili tamamlanana yaxın Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində ardıcıl
olaraq maraqlı tədbirlər keçirilir.
Özü də bu tədbirlər sadəcə
hesabat xarakteri daşımır. Hər biri
öz formatı, mövzusu etibarilə sənətə, sənətkarın
qabiliyyətinə baxış
kimi yaddaşlara köçür. Elə bu
səbəbdən də
indi ölkədə fəaliyyət göstərən
bir sıra dövlət, özəl və beynəlxalq qurumların ADMİU ilə
əlaqələri durmadan
genişlənir. Onlar müxtəlif
növ layihələrini
bu sənət ocağı ilə birgə həyata keçirməyə maraq göstərirlər. Belə
layihələrdən birini
reklam şəklində
reallaşdırmağı Azərbaycanda fəaliyyət
göstərən Mikromaliyyələşdirmə
Bankının Elmlər
Akademiyyası filialı
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
rəssamlıq fakültəsində
təhsil alan
tələbələrə etibar edib. Tələbələr üçün xüsusi
"Tələbə paketi"
yaradılıb. Bundan sonra
həmin paket tələbələrə onların
həyata keçirdikləri
pul əməliyyatlarını
asanlaşdırmaq, mövcud
büdcələrinə qənaət
etmək imkanı yaradacaq. Həmin layihənin həyata
keçirilməsində reklam
və təbliğat işini öhdəsinə
götürən ADMİU-nun rəssamlıq fakültəsi
bunun öhdəsindən
məharətlə gəlib.
Bununla bağlı müsabiqəyə
fakültənin 20-dən çox
tələbəsi qatılıb
və 2 aya yaxın müddətdə
gənc rəssamlar gərgin işləyiblər.
Seçim öz istedadları
ilə fərqlənən
iki tələbənin
işləri üzərində
dayanıb. ADMİU-nun
Akt zalında keçirilən təntənəli
tədbiri giriş sözü ilə açan Tədris və Tərbiyə işləri üzrə prorektor Rafiq Sadıqov müsabiqədə
qalib gələn tələbələri təbrik
edib. Qaliblərə - rəssamlıq fakültəsinin tələbələrindən
Ayləl Əzizovaya
(I yer) və Arif Niftiyevə (II yer) mükafatlar təqdim olunub. Gənc rəssamların dizaynı
əsasında çəkilmiş
təsvirlər kütləvi
tirajla çap olunaraq, ölkə ərazisində geniş yayılacaq.
525-ci qəzet.-
2008.- 18 aprel.- S. 7.