Hacızadə A.

 

Fərhad Xəlilov Rusiya Bədaye Akademiyasının akademiki seçilmişdir

 

Moskvada, Dövlət Tretyakov Qalereyasında Azərbaycanın xalq rəssamı, respublika Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun fərdi sərgisinin açılışı ilə əlaqədar təntənəli mərasim keçirilmişdir. Sərgi Qalereya Beynəlxalq Rəssamlar İttifaqları Konfederasiyası tərəfindən təşkil edilmişdir. Dövlət Tretyakov Qalereyasının direktoru Valentin Rodionov sərgini açaraq bildirmişdir ki, Fərhad Xəlilovun fərdi sərgisi Rusiya paytaxtının mədəni həyatında mühüm hadisə, bütövlükdə sərgi fəaliyyətində unikal tədbirdir.
Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu rəssamı Rusiyada yaşayan bütün azərbaycanlılar adından təbrik edərək demişdir ki, Tretyakov Qalereyasında Azərbaycanın görkəmli rəssamı F.Xəlilovun sərgisinin təşkil edilməsi çox sevindirici qürur doğuran hadisədir. Səfir xüsusi vurğulamışdır ki, bu, F.Xəlilovun Moskvada ümumiyyətlə, dünyanın iri paytaxt şəhərlərində ilk sərgisi deyildir. Diplomat demişdir: "Fərhad Xəlilov tanınmış rəssamdır, o, çox populyardır uzun illərdir ki, Azərbaycan Rəssamlar İttifaqına rəhbərlik edir. Biz həm Azərbaycanda, həm xaricdə onun çox sərgilərini keçirmişik. Bu gün çox xoşdur ki, o, yaradıcılığının çiçəklənmə dövründədir, yorulmadan dünyanı gəzib dolaşır, sərgilər təşkil edir, azərbaycanlı rəssamların yaradıcılığını təbliğ edir. Onu əsərlərini Moskvada görməyimizə şadıq".
Rusiya Bədaye Akademiyasının prezidenti Zurab Sereteli rusiyalı həmkarları adından rəssama xüsusi hədiyyə təqdim etmişdir. O qeyd etmişdir ki, Rusiya Bədaye Akademiyasının akademikləri Fərhad Xəlilovu yekdilliklə bu akademiyanın həqiqi üzvü seçmişlər. Tanınmış Rusiya rəssamı ona akademiyanın medalını, fəxri fərman vəsiqə təqdim edərək demişdir ki, bu qərarın qəbul edilməsi bir qədər gecikmişdir.
Tretyakov Qalereyasının direktor müavini İrina Lebedeva demişdir ki, azərbaycanlı rəssamın burada təşkil edilən ilk sərgisi Rusiyanın hüdudlarından kənarda yaşayan rəssamların fərdi ekspozisiyaları silsiləsinin başlanğıcı olacaqdır. Beynəlxalq Rəssamlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin sədri Masut Fatkulin görkəmli Azərbaycan rəssamının sərgisini mühüm əlamətdar mədəni hadisə adlandıraraq qeyd etmişdir ki, bu tədbir Konfederasiyanın Qalereyanın ilk müştərək layihəsidir. Bu layihə milli rəssamlıq məktəblərinin görkəmli nümayəndələrini sanki yenidən kəşf edir.
Rusiya Rəssamlar İttifaqının sədri Valentin Sidorov xatırlatmışdır ki, bir neçə il bundan əvvəl Moskvada F.Xəlilovun ilk fərdi sərgisi uğurla keçmiş, onun əsərlərinə xas olan yüksək peşəkarlıq bənzərsiz üslub moskvalı tamaşaçıları heyran etmişdir. V.Sidorov demişdir: "Rusiyalı rəssamlar Fərhad Xəlilovu ustad rəngkar kimi tanıyır onu Azərbaycanın ən görkəmli təsviri sənət ustalarından biri hesab edirlər".
Fərhad Xəlilov öz çıxışında Tretyakov Qalereyasının rəhbərliyinə, sərginin təşkil olunmasına kömək etmiş insanların hamısına qonaqlara dərin təşəkkürünü bildirərək qeyd etmişdir ki, çox böyük sevinc hissi keçirir. O demişdir ki, Rusiya Bədaye Akademiyasının üzvü seçilmək onun üçün xoş bir gözlənilməzlik olmuşdur. Rəssam demişdir: "Bu, mənim üçün böyük şərəf sevincdir".

Qeyd etmək lazımdır ki, Fərhad Xəlilovun yaradıcılığının 30 ildən artıq dövrünü əhatə edən retrospektiv sərgidə 80-nə yaxın rəsm əsəri nümayiş etdirilir. Ekspozisiyaya respublika Mədəniyyət Turizm Nazirliyinin, Azərbaycanın Moskvadakı səfirliyinin, Beynəlxalq Rəssamlar İttifaqları Konfederasiyasının kolleksiyalarında, şəxsi kolleksiyalarda saxlanılan, eləcə müəllifin mülkiyyətində olan işlər daxil edilmişdir.

Azərbaycan.- 2008.- 16 aprel.- S. 5.