Xəlilzadə F.

 

Rənglərdən ibarət çələng

 

Adətən çələngi müxtəlif gül və çiçəklərdən hazırlayarlar. Xalq rəssamı Hüseyn Əliyevin Azərbaycan təbiəti ilə bağlı kətan üzərinə köçürdüyü mənzərələrə natürmort kompozisiyalara diqqət yetirdikdə heyrətlənməyə bilmirsən. İstedadlı rəssam Azərbaycan təbiətinin minbir gözəlliyinin müxtəlif variantlarda mükəmməl təsvirini yaratmışdır.
Onun rəng ötürmələri çox fərqli gözəldir. İndiyə kimi hələ heç kim bir təbiət gözəlinin 25 görüntüsünü kətan üzərində əks etdirməyib. Hüseyn Əliyev isə Göygölün mavi sularını, Kəpəz dağının füsunkarlığını, 25-dən artıq akvarel görüntüsünü kətana naxışlayıb. Hüseyn Əliyev rənglərlə işləməyin mahir ustadı idi. Xüsusilə onun rənglərində sanki musiqinin ritmi ahəngi duyulurdu bu canlılıq da rəsmlərinə həqiqətən bənzərsizlik gətirmişdi. Butövlükdə rəssamın yaradıcılığını "Rənglərdən ibarət çələng" adlandırmaq olar.
Xalq rəssamı Tahir Salahov xatirələrində yazır: "Qəlbimdə xalq rəssamı Hüseyn Əliyevin işıqlı, cazibəli xatirəsi yaşayır. O, Azərbaycan rəssamlıq ənənəsini Bəhruz Kəngərli Əzim Əzimzadədən alıb davam etdirmişdir. Biz nəsil rəssamlar incəsənətə sonralar gəlmişik. Bu qocaman ağsaqqalımıza minətdarlıqla yanaşır, onun yaradıcılığını mədəniyyətə gətirdiyi yeni nəfəsi yüksək qiymətləndiririk. O, rənglərlə işləməyin əvəzsiz ustası idi. Xüsusilə məzmunun mənasını açmağa kömək edən atribut rəngləri öz əsərində məharətlə tətbiq edirdi. Biz onun təbiətlə bağlı işlərinə baxanda sanki qulağımıza musiqi səsi gəlirdi".
Hüseyn Əliyev təbii lövhələri kətan üzərində olduğundan da canlı əks etdirməkdə çox mahir idi. Rəssamı yaxından tanıyanlar təsdiqləyirlər ki, o, həmişə təbiətin qoynunda olmağı, bulaqların, çayların minbir rəngini, gül-çiçəyi, dağları seyr etməyi xoşlayar qəlbini heyrətə gətirən gözəllikləri vaxt itirmədən kətana köçürərdi. Çox təvazökar olduğundan onun rəsmlərindən heyrətlənənlərə belə deyərdi: "Möcüzə məndə deyil, təbiətdədir. Kətanlarda biz onun mində birini ancaq təsvir edə bilirik. Azərbaycan təbiəti bitməyən, tükənməyən rənglər aləmidir. Hər rəngin öz hüsnü var. Əgər biz rəssamlar bu gözəlliyi yetərincə duyaraq fırçamız vasitəsilə ünsiyyətini tapa bilsək, xarüqələr yaradarıq".
Əslində Hüseyn Əliyev bu xarüqəni yaratmışdı. Sadəcə olaraq, işləməkdən, təbiəti seyr
etməkdən doya bilmirdi. Mövzudan mövzu doğurdu. Gözünü açandan doğma Zəngəzurun əsrarəngiz təbiəti, dağı, bağı, şəlaləsi, səngərli qalaları, yalçın qayaları qəlbinə hakim kəsilmişdi. İlk işi məhz təbiət mənzərəsi olub. Əlinə fırça alanda 12 yaşı vardı. Uşaqlığından gələn arzuları elə geniş qanad açdı ki, hələ Bakıda Rəssamlıq Texnikumunda təhsil aldığı dövrdə (1927-1932) "Molla Nəsrəddin" jurnalında eybəcərlikləri, geriliyi qamçılayan karikaturaları, müxtəlif rəsm əsərləri çap edilərdi. Azərbaycan jurnalistlərinin, eləcə bir sıra yaradıcı şəxslərin inkişafında, özünütəsdiqində əvəzsiz rolu olan "Molla Nəsrəddin" jurnalının Hüseyn Əliyevin kamil rəssam kimi formalaşmasında böyük rolu vardı. Ağır müəmmalı dövrdə xalqa, millətə xidmət etmək, onu işıqlı gələcəyə aparmaq yolunda təzyiq maneələrlə üzləşə-üzləşə salamat çıxmaq çox çətin idi. Şübhələrin, vahimələrin, gecə həbslərinin baş alıb getdiyi bir zamanda nikbin ruhda yaşayaraq ancaq ancaq yaradıcılıqla məşğul olmaq həm əzablı idi, həm də şərəfli. İndi ötənlərə boylandıqca, dövrün diktələrini təhlil etdikcə, o şəraitdə yaşayıb-yaratmış sənətkarlarımıza heyranlıq minnətdarlıq hissi ilə yanaşırıq. Xalq rəssamı Hüseyn Əliyev belə işıqlı şəxsiyyətlərdən biri olub. Onun bioqrafiyasında hər şey gün kimi aydın, dağ çeşməsi kimi büllur pakdır. Hüseyn Əliyev əlinə fırça alan gündən istedadını, duyğu düşüncələrini yalnız bu istiqamətlərə - millətinin estetik zövqünün düzgün formalaşmasına, soydaşlarını vətənə, təbiətə məhəbbətə, fədakarlığa çağırışa xidmət edib. Hüseyn Əliyev Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq Memarlıq İnstitutunu bitirdiyi ildən (1935) təqaüdə çıxanadək "Kommunist" qəzetində rəssam işləyib. Əlbəttə, qəzetçiliyin gündəlik qayğıları, operativlik bir rəssam kimi vaxtını çox alsa da, o öz istedadı zəhməti sayəsində sənət imtahanından həmişə şərəflə çıxıb. 1939-cu ildə M.F.Axundovun portretini yaratmaq üçün elan edilmiş respublika müsabiqəsinə Hüseyn Əliyevin təqdim olunan əsəri mükafata layiq görülmüşdü. Dövrün, zamanın tələbləri ilə bağlı çəkdiyi onlarca plakatı ictimai-siyasi məzmununa, sadəliyinə eyni zamanda orijinal həllinə görə fərqlənmişdi. Hələ o illərdə azərbaycanlı rəssamın yaradıcı əməyi "Xalqlar dostluğu" ordeni ilə təltif olunmuşdu.
Əsasən qrafika ilə məşğul olan Hüseyn Əliyev həm mənzərə ustası kimi məşhur idi. Onun Azərbaycan təbiətinə, eləcə Zəngəzur mövzusuna həsr etdiyi akvarel seriyaları da maraqlıdır. Uşaqlıq dövründə yaşadığı bu yerlərin hər qarışını böyük məhəbbətlə öz duyğularından, təxəyyülündən yaradıcılıqla keçirən görkəmli rəssamın "Zəngəzur dağları", "Zəngəzur mənzərəsi" "Şəki şəlaləsi", "Gomərdli mənzərəsi, "Urud qalası", "Meşədə qış", "Payız", "Qürub çağı", "İlanlı dağ" kimi əsərləri dərin müşahidə incə zövqün, fitri istedadın məhsulu idi. Yuxarıda dediyimiz kimi, Hüseyn Əliyevin "Göygöl mənzərələri" geniş bir mövzunun söhbətidir.
Hüseyn Əliyevin yaradıcılıq coğrafiyası çox geniş idi. Karikatura çəkirdi, məzəli dostluq şarjları var idi. Təbiət mənzərələrini ustalıqla kətan üzərində naxışlayırdı. Natürmortları göz oxşayırdı. Bu janr müxtəlifliyinin içində bir yaradıcılığı da diqqət çəkirdi. Portret rəssamı kimi böyük uğur şöhrət qazanmışdı. Azərbaycanın dahi yazıçı şairlərinin bir qisminin kətanlarda başlanan ömrü Hüseyn Əliyevə məxsus idi. Hüseyn Cavidin portretini yəqin ki, bir neçə rəssam işləyib. İnsafla deyək ik, bu portretlərin içində ən canlı mənalısının müəllifi Hüseyn Əliyevdir. O, Hüseyn Cavidin portretini o qədər dərin duyğularla əks etdirib ki, bu əsərdə şairin duruşu, baxışı, uzaqda görünən Araz çayı çox mətləbdən xəbər verirdi. Hüseyn Cavidin gözlərindəki dərin kədər o dərəcədə güclü alınıb ki, portretdən 37-ci ilin vahiməsi gəlir. Ümumiyyətlə, Hüseyn Əliyev portret üzərində işləyərkən bilik qabiliyyətini əks etdirməyə çalışırdı. Bu səbəbdən də ondan yadigar qalan portretlər tarixilik baxımından böyük əhəmiyyət daşıyır. Hüseyn Əliyevin portret janrında yaratdığı əsərlər çox dəyərlidir.
Unudulmaz xalq rəssamının Azərbaycan təsviri sənətində göstərdiyi xidmətlərdən çox danışmaq olar. Yaradıcılıq sahəsinin genişliyi, istifadə etdiyi rənglərin al-əlvan çalarları Hüseyn Əliyev haqqında müxtəlif tədqiqat əsərlərinin yazılmasını zəruriləşdirir. Təsadüfi deyildir ki, 2004-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dəbidə görkəmli rəssamın əsərlərindən ibarət sərgi təşkil edilmişdi. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən bu beynəlxalq tədbir çox geniş əks-sədaya səbəb oldu. Xarici ölkə vətəndaşları azərbaycanlı rəssamın rənglərin musiqisini təbiətin rəngində tablolara əks etdirmək məharəti qarşısında məmnun qalmışdılar. Nəfis, orijinal əsərlərin yaratdığı heyrət seyrçilərin qəlbində Azərbaycan adlı bir məmləkətin övladına qarşı vurğunluq hissi oyatmışdı. Tədbirə gələnləri ən çox təəccübləndirən eyni bir rəssamın müxtəlif janrlarda maraqlı qabil əsərlər yaratması idi. Onlar heç cür müqayisə edə bilmirdilər ki, alleqorik əsərlərə müxtəlif məzmunlu karikaturalar, təsvirlər çəkən rəssam həm nəqqaşlıqla, sulu boyalarla ustalıqla məşğul ola bilərək bir-birindən fərqli, baxımlı təbiət mənzərələri çəkir.
Xalq rəssamı Hüseyn Əliyev bu gün sıramızda olmasa da, rənglərin qüdrəti ilə tablolarda əks etdirdiyi möcüzəli simfoniyaların, milli musiqimizin, adət-ənənəmizin, duyğu düşüncələrimizin sədası gəlməkdədir. Bu rəssamın qüdrəti ondadır ki, yaratdığı əsərləri sadəcə seyr etmirsən, həm eşidirsən, ruhuna çəkirsən. Bir daha vətən təbiətinin misilsiz gözəlliyi qarşısında yaşadığın fərəhli duyğular üçün xalq rəssamının ruhuna dualar oxuyur, şükranlıq edirsən.

Azərbaycan.- 2008.- 22 aprel.- S. 7.