Mükərrəmoğlu M.

 

Rənglərin də öz poetikası var

 

Hər dəfə rəssam Fərman Qulamovun əsərləri ilə üz-üzə dayananda ilkin təəssürat adamı valeh edir. Rənglərin qarmaqarışığında əvvəlcə çaşıb qalırsan sonra kələfin ucunu ki, tapdın, sehrli bir dünyaya qovuşursan. Bu aləm isə müstəvi üzərində rənglərlə işlənib canlandırılan təxəyyülün bəhrəsidir.
Fərman əsərlərinə qəribə adlar qoyur. “Üfüqdə natürmort”, “Gecənin sirri”, “Ünsiyyət”, “Kimdir orada?”, “Mücərrəd fikir s. əsərlərin hər birində bir dünya sehr var. Bu sehr rəssamın daxili dünyasından süzülüb gələn istedadın yaratdığı möcüzələrin sehridir. Onun əsərləri, əslində, gizli mətləblərin doğurduğu çox qiymətli görüntülərdir. Adam istəyir ki, bu görünənlərin üzərindəki nazik pərdəni aralayıb əsərin daxilinə nüfuz etsin. Oradakı həqiqətlərlə daha yaxından tanış olsun. Amma yox, ora daxil olmaq sadə məsələ deyil, gərək çox güclü duyumun olsun ki, buradakı təsəvvürləri qavrayıb, duya biləsən.
Fərman Səməd oğlu Qulamov 1945-ci ildə Astarada doğulub. Bu cənub bölgəsinin gözəl təbiəti onun uşaqlıq xatirələrində dərin iz buraxmışdı. Bəlkə , rəssamlıq sənətini seçməsi elə bununla bağlı idi. Uşaqlıqdan kağız üzərində çəkdiyi cızmaqaralar onu razı salmayanda cırıb atar, yenidən çəkməyə başlayardı. Beləcə, 1967- ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbinə gələnə qədər artıq özündə inam yaratmış, rəssam olacağını müəyyənləşdirmişdi. 1976- ildə Tbilisi Rəssamlıq Akademiyasına qəbul olunanda isə tanınmış rəssam idi.
Fərman təbiətən sakit, təmkinli insandır. Onun əsərlərinə elə bil xarakterindəki bu cizgilərin əlamətləri hopub. O, həyat həqiqətlərini sakitcə, təmkinlə tamaşaçıya pıçıldayır. Tamaçı da ona qoşulub, təbiətin yaratdığı varlığın insan əlləri ilə kətan üzərinə köçürülmüş bu gözəlliyin sehrcisinə çevrilir.
Fərmanınİnsanadlı çox qiymətli bir əsəri qarşımdadır. Bu əsərin ümumi durumunda bir qeyri-adilik var. Biz onun üz cizgilərini görürük onun daxili dünyası sanki bu cizgilərdə gizlənmişdir. Əsərə bir az kənardan tamaşa etdikcə, rəssamın düşüncələrini çox aydın tutmaq olur. Bu insanın sifətində çox qəribə bir qəmginlik var. O, sanki, hansısa problem barədə götür-qoy edir. Əsər bütövdür. Onun təsiri ona görə güclüdür ki, rəssam bu obrazın baxışları ilə üz cizgilərinin harmoniyasını tapa bilib.
Fərman Qulamovun əsərlərindəki Şərqlə Qərbin obrazlarında bir yaxınlaşma motivi mövcuddur. O, Şərqin məxfiliyi ilə Qərbin aşkarlığı arasında ortaq bir məxrəc tapır bunu fəlsəfi kateqoriyaların, zaman məkanın vəhdətində həll etməyə çalışır.
O, düşüncə rəssamıdır. Bu düşüncələri ilə o bizim görüb, duya bilmədiklərimiz haqqında söz açır bizə cəmiyyət təbiətin gözləllik qanunlarının yaratdığı mətləblər barədə çox şeylər danışır. Onun yaradıcılığı üçün heç bir hüdud yoxdur. O, bu sonsuz dünyanı öz dünyagörüşü çərçivəsinə salır, bu amansız dünyada xeyirxahlıq, işıq axtarır.
Şəhərtablosu simvollarla zəngindir. Buradakı evlər , küçə ümumi görünüşün harmoniyasına tam uyğundur. Bizim təsəvvürlərimizdəki şəhərlərin ümumiləşmiş simvolu xarakteri daşıyan bu tabloda tamaşaçını çəkən elə gözəl rənglərdən istifadə olunmuşdur ki, onlar əsərə bütövlük, tamlıq kimi keyfiyyətlər gətirir.
İntibahəsərinin isə ümumi mənzərəsi g
öz oxşayan rənglərin nizamlı işlənməsindən yaranmış tamaşaçını əsl ünsiyyətə dəvət edir. Nədir bu ünsiyyət? Mənə belə gəlir ki, müəllif bəşəri dəyər olan ünsiyyəti öz daxili duyumundan keçirdiyi varlıq formasında təqdim edir. Bəli, ünsiyyət olan yerdə anlaşma var, münasibət var, insanların bir-birinə məhəbbəti var. Bəşər məhz bu ünsiyyətdən güc alıb yaşayır. Ünsiyyət daxildən gələn bir tələbatdır. Məhz bu tələbat yarananda insanlar bir-birinə ürək qızdırır. Özlərinin daxili dünyasını açıqlayırlar.
Ovqatəsərində qarşılaşdığımız məqam isə daha maraqlıdır. Əsərin adından göründüyü kimi, burada çox diqqət çəkən məqamlar yaşanır. Hansı ovqatdan söhbət gedir, mahiyyət nədir? Bax, bu suallar ilkin olaraq tamaşaçını düşündürür. Bu ovqat bizim düşündüyümüz adi insanın əhvalı deyil. Bu ovqat rənglərin yaratdığı rəssamın düşündüyü vəziyyətdir.
Qadinportreti isə bizi insan gözəlliyinin rəngarəng çalarları ilə üz-üzə qoyur. Rəssamın bu obraz üzərində işi hər şeydən əvvəl, ona görə diqqəti çəkir ki, burada çox qəribə özünəməxsusluq var. EləDüşüncətablosundakı kişi obrazında da belədir.
Real həyatda mücərrədlik axtarışı rəssamın yaradıcılığında qırmızı xətt kimi keçir. İnsan təbiətin vəhdəti mövzusu onun yaradıcılığında çox əhəmiyyətli motivi təşkil edir. Bu vəhdətin gözəllik harmoniyasını tapmağa cəhd göstərən rəssam bu gün həmin axtarışları davam etdirir.
Fərman Qulamovun əsərləri dəfələrlə ölkəmizdə xaricdə nümayiş etdirilib. 1987-ci ildə Azərbaycanın digər rəssamları ilə birgə onun da əsərləri Moskvada Polşada sərgilənmişdir. 1993-cü ildə Moskvadasərgiqalereyasında ümumi sərgidə iştirak etmişdir. 1994-cü ildə isə həmin qalereyada fərdi sərgisi keçirilmişdir.
Rəssam 1993-1994-cü illər üçünHumaymükafatına layiq görülmüşdür. Onun əsərləri 1996-1998-ci illərdə Beynəlxalq kataloqa düşmüşdür.
Fərman Qulamov 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2001-ci ildən isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq sənətindən dərs deyir.
Onun sənəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş Əməkdar rəssamfəxri adına layiq görülmüşdür. İnanırıq ki, Fərman Qulamovun əsərləri hələ neçə-neçə beynəlxalq yerli sərgilərdə iştirak edəcək. O, öz əsərləri ilə milli rəssamlıq sənətimizə yeni-yeni töhfələr verəcək.,

 

Xalq qəzeti.- 2008.- 8 aprel.- S. 7.