Fərhad Xəlilovun ilk
fərdi sərgisi açılır
Bu gün Moskvanın
məşhur Tretyakov Rəsm Qalereyasında Azərbaycanın xalq rəssamı, Rəssamlar
İttifaqının sədri
Fərhad Xəlilovun fərdi sərgisi açılacaq. Ötən
il 60 illik yubileyi qeyd olunan
F.Xəlilov 1987-ci ildən
Rəssamlar İttifaqına
rəhbərlik edir. Tretyakov qalereyasında
açılacaq sərgidə
rəssamın rəngkarlıq
və qrafika üslubunda yaratdığı
80-ə yaxın əsəri nümayişlənəcək.
Bu rəsmlər fırça ustasının
30 illik yaradıcılığını
əhatə edir və əsasən 1970-ci illərin sonuna qədər çəkilmiş
rəsmlərdir. Rəsmlər
qalereyanın bir zalını bəzəyəcək.
Digər iki zalda isə rəssamın son dövrdə ərsəyə
gətirdiyi əsərlər
sərgilənəcək. Əvvəlki
illərdə F.Xəlilovun
Moskvada 5 sərgisi baş tutub. Tretyakov qalereyasında isə bu onun
ilk vernisajıdır.
Mayın 18-dək davam edəcək sərginin təşəbbüskarı
Rusiya tərəfidir.
Dosye: Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin, Moskva Poliqrafiya İnstitutunun məzunu olan F.Xəlilovun Paris, Berlin, Madrid, Nyu-York, Tokio, Pekin və digər
şəhərlərdə fərdi sərgiləri keçirilib. Rəssam
SSRİ Rəssamlıq Akademiyasının
gümüş medalı
ilə, Puşkin medalı ilə, "Şöhrət" ordeni
ilə, Fransanın ədəbiyyat və incəsənət üzrə
Şevalye ordeni ilə təltif edilib.
Həftə içi.-2008.- 15 aprel.- S. 8.