Ruzigar F.


Qəlb çırpıntıları ilə yaranan sənət

 

Əməkdar rəssam Mübariz Əkbərov milli ornamentli nadir xəncər üzərində işləyir



Bu yaxınlarda respublika Prezidentinin sərəncamı ilə əməkdar rəssam fəxri adına layiq görülmüş Mübariz Əkbərovun yaratdığı inciləri görəndə bir daha inandım ki, o, sənəti ilə mənəvi dünyası harmonik vəhdət təşkil edən bir adamdır.
Sadə, təvazökar insan olan Mübariz Əkbərovla çoxdan - uşaqlıq gənclik illərindən tanışam.
Mübariz Əkbərov Gəncədə doğulub. Burada rəssamlıq məktəbini, sonra pedaqoji texnikumu, daha sonra isə M.Əliyev adına İncəsənət İnstitutunun rəssamlıq fakültəsini bitirib. Hələ uşaq ikən babası Hüseyn kişinin qara dəstəkli xəncərinə baxmaqdan yorulmazmış, elə o vaxtdan zərif naxışlar onu elə cəlb etmişdi ki, qəlbində qədim silahlar düzəltmək arzusu baş qaldırmışdı...
1987-ci ildə Bakıda keçirilən mötəbər s
ərgilərdən birinə iki işini təqdim edib. Mütəxəssislər bəyənib həmin işlərin xarici ölkələrdə nümayiş etdirilməsini məsləhət gördülər. Beləliklə, Mübarizin tətbiqi sənət nümunələri Danimarka, İngiltərə, Almaniya, Türkiyə, Rusiya muzeylərinə yol açdı, milyonlarla sənət bilicisində Azərbaycan xalqının bu nadir inciləri barədə aydın təsəvvür yaratdı. Onun əsərləri sənətkarlıq, kompozisiya, incəlik millilik baxımından diqqəti cəlb edir. Bilənlər deyirlər ki, hansı sərgidə Mübarizin əsərləri nümayiş etdirilirsə, hamıda geniş maraq doğurur. 1993-cü ildə "Azərbaycan folkloru" müsabiqə sərgisində ikinci dərəcəli diploma layiq görülüb. İki ildən sonra Bakı şəhərində fərdi sərgisi təşkil olunub.
1996- ilin fevral
ayında S.Bəhlulzadə adına sərgi salonunda "Xalq sənəti özünəməşğulluq" sərgi-yarmarkasında M.Əkbərovun otuzdan çox əsəri nümayiş etdirilirdi. Ulu öndərimiz Heydər Əliyev sərgiyə gəlib Mübarizin hazırladığı işlərə xeyli tamaşa edir. Həmin sərgidə M.Əkbərov birinci yeri tutur. 1999-cu ildə "Dədə Qorqud -1300" müsabiqə sərgisində həmyerlimiz birinci mükafata sahib olub.
...Yeni Gəncə qəsəbəsindəki binanın səkkizinci mərtəbəsində Mübarizin evinin kiçik, darısqal balkonundakı emalatxanada oturmuşuq. Maqnitafondan qədim xalq mahnılarının, muğamların həzin melodiyası ətrafa yayılır. Mübarizin əl işlərinə tamaşa edirəm... Azərbaycan qılıncı, milli qaradəstə xəncərlər, müxtəlif qəmələr, dəstəsi cüyür ayağından olan qamçılar, incə, əlvan naxışlı, müxtəlif qiymətli daşlarla, zümrüd, firuzə dağ xrustalları ilə bəzənmiş qolbağlar, üzüklər, Quranqabı, buynuz-badə və alışqanlar, qəlyanlar... yapon samuray qılıncı, şaşka qılınc, ərəb xəncəri cəmbiyə. Baxdıqca onun gərgin əməyinin, milli mədəniyyətə, xalq tətbiqi dekorativ sənətinə sonsuz məhəbbətini qəlbən hiss edirsən. Mübarizin işlərində onun qəlb çırpıntıları, estetik idealı necə dolğun əks olunub! Qədim metal sənəti, şəbəkəçilik, minasazlıq üsulları ilə hazırladığı əsərlər bir-birindən gözəl, bir-birindən nəfisdir.
Əlvan naxışlı bir xəncərə baxıram. Xalqımız üçün xəncər qılınc şərəf qeyrət rəmzi sayılır. Xəncərin üzərindəki nazik dolama simlərdən düzəldilmiş zərif şəbəkə adamı valeh edir. Bəllidir ki, gümüş çox plastik zərif metallardandır. Onu istənilən hala salmaq üzərində müxtəlif bəzək işləri aparmaq mümkündür. Mübariz gümüşün bu cəhətindən böyük məharətlə, incə zövqlə istifadə edir. Bəzəklərin dekoru nəbati ornamentlərdən təşkil olunub.
- Xeyli vaxtın söhbətidir, - Mübarizin səsi məni xəyaldan ayırır. - Onda hələ bir o qədər tanınmırdım, əl işlərimi kimsəyə göstərməyə cəsarət eləmirdim. Günlərin birində bir neçə işimi götürüb xalq rəssamı Lətif Kərimovun yanına getdim. Rəhmətliyin ağır xasiyyəti var idi. Kiminsə ona göstərdiyi xoşuna gəlməyəndə o dəqiqə hirslənib acı söz deyərdi... Mənim işlərimə baxanda gördüm ki, bığlarının altından gülümsədi. Deməli bəyənib. Bir neçə dəyərli məsləhət verdi. Sonra düz iki il bu böyük sənətkarın yanına gedib metal üzərində naxışvurma sənətini öyrəndim.
Mübariz bir yarımçıq işi mənə göstərir:
- Bu, ən nadir xəncər olacaq. -deyir. - Qeyrət rəmzi Şeyx Şamilə həsr eləmişəm. Çalışıram ki, onun şəbəkə digər naxışları heç birinə bənzəməsin. Gərək bu xəncəri əlinə alan hər kəs xalqımızın əsrlərin sınağından çıxmış qeyrətinə bir daha əmin olsun.
Bu yaxınların söhbətidir. Sabir Rüstəmxanlının ssenarisi əsasında "Cavad xan" filminin çəkilişində igid xanın sursatı, zirehli geyimləri hazırlanmalı idi. Çoxu yaxasını kənara çəkib. Məsləhət görüblər ki, Mübarizə müraciət etsinlər. Kinostudiyanın baş rəssamı Rafiq Nəsirov bir neçə həmkarı ilə Gəncəyə gəlib. Sifariş verəndə Mübarizdən zəhmət haqqını soruşublar: "Qeyrət rəmzi üçün haqq danışmazlar, - deyib, - sifariş edirsinizsə hazırlayaram". Az vaxtda Cavad xanın geyim-zireh əşyaları hazırlandı tarixi filmdə əbədi ömür qazandı.
Təəssüf ki, belə bir sənətkarın əməyindən heç düzgün istifadə edilmir. bir emalatxanası var, ki, kamil əsərlərini yaratmaq üçün mənəvi dayağı, maddi imkanı!
Mübariz deyir ki, yaxın illərə qədər Bakıda bir erməni yaşayırdı. Azərbaycanlı ustalardan bu sənəti az-maz öyrənmişdi. O, muzeyləri, emalatxanaları gəzib qədim xəncərlərimizin, qılınclarımızın, məişət əşyalarımızın naxışlarını plastilin üzərinə köçürərdi. İndi Moskvada yaşayan bu sənət dəllalı qədim məişət alətlərimizi, o cümlədən xəncərlərimizi ermənilərin adına çıxır. Halbuki tarixən milli Azərbaycan xəncəri bizim xalqın şərəf, qeyrət, kişilik rəmzlərindən biri kimi tanınır.
Mübariz bir deyir ki, gümüşbəndlik sənətinin inciləri, milli silah nümunələri dünya sərgi salonlarında layiqli yerini tutmalıdır. Bu qədim sənət növü xüsusən indi - Azərbaycan müstəqillik əldə edəndən sonra hökmən inkişaf etdirilməlidir. Buna isə dövlət qayğısı, maliyyə dəstəyi, diqqət ehtiram gərəkdir.
Biz inanırıq ki, Mübariz buna da nail olacaqdır.


Azərbaycan.- 2008.- 4 aprel.- S. 6.