Azərbaycanlı rəssam 300 karikaturaçı arasında birinci oldu

 

Kubanın tanınmış "Dedete" satirik qəzeti beynəlxalq karikatura müsabiqəsi keçirib. Müsabiqənin məqsədi Yer kürəsinin mövcud ekoloji problemlərini karikatura rəsmləri vasitəsilə insanlara çatdırmaq olub. Müsabiqədə 37 ölkədən 300 karikaturaçı rəssam iştirak edib. Azərbaycanı təmsil etmiş Seyran Cəfərli müsabiqənin qalibi seçilib.

O, müsabiqənin əsas mükafatı olan "Qran Premio" ya layiq görülüb və çəkdiyi karikatura rəsmi "Dedete" qəzetinin ön səhifəsində dərc edilib. Qeyd edək ki, S.Cəfərli Bakıda nəşr olunan "Karikatura" jurnalının baş redaktorudur.                

 

Xalq cəbhəsi.- 2008.- 2 aprel.- S. 16.