Molla Nəsrəddin Azərbaycan-2008 Beynəlxalq karikatura müsabiqəsi dünya karikatura ictimaiyyəti tərəfindən müsbət qarşılanmışdır

 

AzərTAc Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinə istinadla xəbər verir ki, I "Molla Nəsrəddin" Azərbaycan-2008" Beynəlxalq karikatura müsabiqəsinin nəticələri dünya karikatura ictimaiyyəti tərəfindən müsbət qarşılanmışdır. Nəticələr müsabiqənin şəffaf keçirilməsi haqqında onlarla beynəlxalq karikatura saytlarında məlumatlar yayımlanmışdır.
Mərkəzi ofisi Amerikada yerləşən tanınmış karikaturaçı Andrey Feldşteynin rəhbərlik etdiyi ən çox izlənən xarici karikatura saytlarından biri olan www.cartoonblues.com saytında müsabiqənin nəticələri saytın forumunda müzakirəyə qoyulmuşdur.
Saytda Avropa Amerika karikaturaçıları öz qalib həmkarlarını təbrik etmiş, müsabiqə müsabiqənin mükafatına layiq görülmüş əsərlər haqqında müsbət fikirlər söyləmişlər. Hətta Moskvada yaşayan, milliyyətçə erməni olan karikaturaçı belə Azərbaycanda keçirilən müsabiqəyə heç bir irad tuta bilməmişdir.
İranın www.tabrizcartoons.com saytında təşkilatın rəhbəri Rahim Baggal Asgari tərəfindən müsabiqənin obyektivliyi yüksək səviyyədə təşkil
olunması haqqında geniş məqalədə deyilir: "Son illər beynəlxalq karikatura təşkilatları tərəfindən keçirilən müsabiqələrdə obyektivliyin təşkilatçılığın aşağı səviyyədə olması ilə rastlaşdığımız halda,
I "Molla Nəsrəddin" Azərbaycan-2008" Beynəlxalq karikatura müsabiqəsi ilk dəfə keçirilməsinə baxmayaraq, öz obyektivliyi müsabiqənin nəticələri ilə karikatura ictimaiyyəti tərəfindən müsbət qarşılanmışdır". İranlı həmkarımız hətta müsabiqənin keçirildiyi 7 aprel tarixinin dünya karikatura günü kimi qeyd olunmasını təklif etmişdir.

 

Azərbaycan.- 2008.- 20 aprel.- S. 8.